18:24 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT

Azərbaycan-Yaponya münasibətləri müzakirə olunub

SİYASƏT
Qısa URL
12 0 0

Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini Motome Takisava ilə görüşüb

BAKI, 30 avq — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini Motome Takisavanı qəbul edib. XİN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olundu və əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların və siyasi iradənin mövcud olduğu vurğulandı.

Nazir Elmar Məmmədyarov Yapon şirkətlərinin müxtəlif sahələr üzrə ölkəmizdəki uğurlu fəaliyyətindən və əməkdaşlığın genişləndirilməsi üçün yaradılan imkanlarından söz açdı. E.Məmmədyarov Motome Takisavanın bu səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycanla Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətarfında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında Yaponiya vətəndaşlarına viza rəsmiləşdirilməsi məsələsi görüşdə məmnunluqla qeyd edildi. Həmçinin, diplomatik və xidməti pasporta malik olan şəxslərin vizalardan azad olunması haqqında Sazişin imzalanması istiqamətində səylərin artırılmasının vacibliyi bildirildi.

Motome Takisava ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət verdiyini vurğuladı və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə Azərbaycanın Yaponiyaya verdiyi dəstəyi yüksək qiymətləndirdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Əlaqədar

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşüblər
"Şərq tərəfdaşlığı" XİN başçılarının növbəti görüşünün vaxtı məlum olub
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Azərbaycan XİN: Qardaş Türkiyə xalqı və dövlətinin yanındayıq
Rusiya XİN: Azərbaycan vacib strateji tərəfdaşımızdır
Rusiya XİN başçısının Azərbaycana səfərinin vaxtı bəlli oldu
Teqlər:
Yaponiya, Azərbaycan, XİN, Xarici İşlər Nazirliyi, Motome Takisava, Elmar Məmmədyarov

Əsas mövzular