SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu həftə referendumqabağı təşviqat başlayır

© btnet.com.trSəsvermə
Səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı təşviqat sentyabrın 3-də başlanacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq

BAKI, 30 avq — Sputnik. Azərbaycanda bu həftənin şənbə günü — sentyabrın 3-də referendumqabağı təşviqatın aparılmasına başlanılacaq. "Report"un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış — sentyabrın 3-də başlanacaq və səsvermənin başlanmasına 24 saat qalanadək — sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyyası üç — "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb. Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer, ümumilikdə, 256 yer müəyyən edilib.

Xəbər lenti
0