Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: Qarabağ problemi “həssas məsələ”dir

© REUTERS / Alexander Zemlianichenko/PoolVladimir Purin Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı. Bakı, 8 avqust 2006-cı il
Vladimir Purin Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı. Bakı, 8 avqust 2006-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Azərbaycana bir neçə saat öncə gəlib.

BAKI, 8 avq – Sputnik. “Dağlıq Qarabağ münaqişəsinin həm Azərbaycan, həm də Ermənistan üçün həssas məsələ olduğunu başa düşürəm. Ona görə də, çalışırıq ki, həll üçün irəliləyişə nail olaq. Bu mövzuda məqbul kompromis həll yolunu tapmaq üçün ciddi səy göstərəcəyik”.

Sputnik xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bakıda İlham Əliyevlə keçirdiyi görüşündə deyib.

Qeyd edək ki, Rusiya prezidenti Azərbaycana bir neçə saat öncə gəlib. Səfərdə məqsəd İran-Azərbaycan-Rusiya üçtərəfli görüşündə iştirak etməkdir.

Xəbər lenti
0