04:05 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
SİYASƏT
Qısa URL
602

Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Alper Coşqunla görüşüb

BAKI, 30 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Alper Coşqunu qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı.

Elmar Məmmədyarov 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.

Daha sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Əlaqədar

Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb
Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Pan Ki Muna müraciət etdi: "Mülki əhalimiz atəşə tutulur"
Elmar Məmmədyarov Gürcüstana niyə gedib?!
Elmar Məmmədyarov Qazaxıstana getdi
Elmar Məmmədyarov: Minsk Qrupundan o vaxt razı olardıq ki...
Teqlər:
Alper Coşqun, Elmar Məmmədyarov, Türkiyə, Azərbaycan, səfir, nazir

Əsas mövzular