00:53 08 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
5811

Nina Belyakova: "Bu gün Türkiyənin daxili siyasətində ciddi dəyişikliklər yaşanır. Dolayısı ilə, hazırda Ərdoğan üçün vacib olan şey, xalq arasında öz nüfuzunu itirməməkdir"

BAKI, 28 iyun — Sputnik. "Ərdoğanın Rusiyadan üzr istəməsini güclü bir insanın davranışı kimi qəbul etmək lazımdır". Sputnik xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinə bağlı Diplomatiya Akademiyasının türkoloqu Nina Belyakova deyib.

Dmitri Peskov
© Sputnik / Natalia Seliverstova

Sputnik-ə açıqlama verən Belyakova bunları söyləyib: "27 İyun 2016-cı il tarixdə cənab Ərdoğan Rusiya-Türkiyə əlaqələrinin tarixi baxımından vacib bir addım atdı. Ərdoğan bu addımı ilə Türkiyənin lideri olduğunu və daha əvvəl edilən davranışlardan ötəri üzr istəməyə hazır olduğunu ortaya qoydu. Bunu başa düşmək, anlamaq çox önəmlidir".

Nina Belyakova, Türkiyənin daxilində ciddi dəyişikliklər yaşandığını da bildirib: "Bu gün Türkiyənin daxili siyasətində ciddi dəyişikliklər yaşanır. Dolayısı ilə, hazırda Ərdoğan üçün vacib olan şey, xalq arasında öz nüfuzunu itirməməkdir".

"Böhran baş verdiyi gündən indiyədək həm Türkiyə, həm də Rusiyada fəaliyyət göstərən çoxlu sayda türk iş adamı zərər gördü. Bu il turizm sektoru də ciddi problemlər yaşayır", — türkoloq bildirib.

Onun sözlərinə görə, bütün bu insanlar Türkiyə Respublikası Konstitusiyasında dəyişikliklərin ediləcəyini nəzərdə tutan gələcək referendumda iştirak edəcəklər: "Əgər Ərdoğan bu adamların səsini itirərsə, konstitusiyada istədiyi dəyişiklikləri edə bilməyəck".

N.Belyakovaya görə, Rəcəb Tayyib Ərdoğan həm bölgədə, həm də Türkiyədə sabitlik olmasında maraqlıdır.

Əlaqədar

Ərdoğandan Putinə göndərdiyi məktubla bağlı açıqlama
Putinlə Ərdoğan telefonla danışacaq
Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: "Bağışlayın..."
Ərdoğandan Putinə üzrxahlıq məktubu
Teqlər:
Nina Belyakova, türkoloq, Diplomatiya Akademiyası, Putin, Ərdoğan, Rusiya

Əsas mövzular