Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kazan prinsipləri masaya qayıdır

© Photo : Официальный сайт президента АзербайджанаRusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Sankt-Peterburq görüşünün "tərcüməsi", yaxud üç prezident nədə razılığa gəlib?

BAKI, 21 iyun — Sputnik. Dünən Sankt-Peterburq şəhərində Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və Ermənistan prezidenti Serj Sarkisyanın üçtərəfli görüşü keçirilib. Görüşün yekunları ilə bağlı birgə bəyanat qəbul olunub.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü - Sputnik Azərbaycan
SİYASƏT
Prezidentlərin görüşündə razılıq əldə olundu

Bəyanatda bildirilib ki, prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq, bu formatda əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Həmçinin qeyd edilib ki, prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları da vurğulanıb.

"Ciddi nəticələrin əldə olunduğunu söyləmək çox çətindir"

Politoloq Rauf Mirqədirov Sputnik-ə şərhində deyib ki, Sankt-Peterburqda köməkçilərsiz və xarici işlər nazirlərinin iştirakı olmadan keçirilən üçtərəfli görüşdə hansı konkret razılaşmanın əldə olunduğu və yaxud olunmadığı haqqında məlumat açıqlanmır: "Əlimizdə yalnız bəyanat var və tərəflərin xarici işlər nazirlərinin, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşün müsbət qiymətləndirilməsi haqqında bəyanatları var".

"Bəzi ekspertlər bu görüşdən münaqişənin həllində ciddi bir uğur gözləyirdilər. Amma əgər biz prezidentlərin birgə bəyanatına diqqət yetirsək, əgər bu bəyanat görüşdə əldə olunmuş və yaxud əldə olunmamış razılaşmaları tam əks etdirirsə, onda biz hər halda ciddi bir dəyişikliyin baş verdiyini deyə bilmərik", — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, münaqişənin həllində ciddi uğur qazanılması ərazilərin azad edilməsi ilə bağlı ola bilər: "Hələlik bəyanatın mətninə görə öz fikrimizi söyləyə bilərik. Bu baxımdan görüşdə ciddi nəticələrin əldə olunduğunu söyləmək çox çətindir. Bunun da səbəbləri var. Münaqişənin siyasi həlli ilə bağlı əks mövqelərin sabit ifadə olunduğu bir şəraitdə danışıqlarda ciddi uğurların əldə ediləcəyini gözləmək çox çətindir".

"Amma yüksək səviyyəli danışıqlar hər halda müsbət haldır. Bu danışıqlarda əksər hallarda mətbuata elan olunmayan razılaşmanın mümkün konturları müzakirə olunub. Düşünürəm ki, belə konturlar ən azından müzakirə edilib", —deyə R. Mirqədirov qeyd edib.

"Putin tərəflərə deyib ki…"

Millət vəkili Zahid Orucun fikrincə isə, Sankt-Peterburq görüşü birinci növbədə Rusiyaya ona görə lazım idi ki, Cənubi Qafqazda, Ermənistan və Azərbaycan üzərində mühüm təsir gücünü bir daha göstərsin və sübuta yetirsin ki, istədiyi halda müharibəni dayandıra bilir və ya tərəflərin görüşünü təmin etməyə qadirdir.

Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsü - Sputnik Azərbaycan
QARABAĞ
"Konstruktiv danışıqlardan o vaxt söhbət gedə bilər ki..."

"İkincisi ATƏT-in Minsk qrupu istənilən halda Rusiyaya lazım olmaya bilər. Sadəcə Minsk qrupunun tərkibində formal olaraq Rusiya hələ də iştirak edir. Ancaq Putin yəqin ki, dünən bağlı qapılar arxasında prezidentlərə o mesajı verdi ki, nə Amerikanın, nə Avropa İttifaqının irəliyə sürdüyü planı Qarabağ üçün qəbul etməyəcək", — deyə deputat Sputnik-ə açıqlamasında bildirib.

Z. Orucun fikrincə, "tərəflər növbəti dəfə görüşəcək" bəyanatından o nəticə doğur ki, yenilənmiş Kazan prinsipləri ətrafında danışıqlar keçiriləcək: "Əminəm ki, Rusiya özü bu işğalın müəyyən bir hissəsindən ciddi ziyan çəkdiyini real olaraq saxlamaqdadır. Rusiyanın planı Dağlıq Qarabağın ərazisindən kənarda işğal olunmuş 7 rayondan 3-4-nün Azərbaycanın nəzarətinə qaytarmağı ilə kommunikasiyalaşdırmaq, Qarabağ üzərində özünün təhlükəsizlik qarantiyasını hüquqi cəhətdən təsdiq etdirmək, prosesləri bu vəziyyətdə saxlamaq, həmin o rayonların qaytarılması ilə yeni reallığı formalaşdırmaqdır".

"Bu danışıqlardan sonra yəqin ki, Qərb dairələri təzədən Putinin planını bölmək üçün yeni-yeni danışıqlar təşkil edəcəklər. Bu istiqamətdə hətta bir yarış başlayacaq. Amma bu illər ərzində ABŞ prezidenti Barak Obama bir dəfə də olsun Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirməyib", — millət vəkili vurğulayıb.

O, hesab edir ki, indiki dövrdə Rusiyanın planı Qarabağ üçün işləməkdədir: "Putin tərəflərdən 2011-ci ildə kənara qoyulmuş Kazan görüşünün əsas sənədini müzakirə etməyi istəyib. Yəqin ki, Azərbaycan tərəfinin də istəkləri olub".

Xəbər lenti
0