QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağ Ev: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır

© AFP 2023 / Brendan SmialowskiAğ ev
Ağ ev - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Ağ Ev administrasiyasının Ağ Evin rəsmi saytında yerləşdirilən və 331 914 imza toplayan petisiyaya cavabında bildirilir.

BAKI, 11 iyun — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədri qismində Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır. 

Bu barədə Ağ Ev administrasiyasının Ağ Evin rəsmi saytında yerləşdirilən və 331 914 imza toplayan petisiyaya cavabında bildirilir.  

"Biz tərəfləri təmkinli olmağa və dərhal Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasından ibarət olacaq danışıqlara başlamağa çağırmaqda davam edirik", — Ağ Ev administrasiyasının petisiyaya cavabında deyilir. 

Qeyd olunur ki, ABŞ tərəflərlə daimi dialoq çərçivəsində humanitar məsələlərin müzakirəsinə yardım edəcək. "Sarsanq su anbarının idarə olunması və qulluğu bu məsələlərdən biridir. Biz su ehtiyatlarının idarə olunması və bəndin inspeksiyasının müzakirəsi üçün tərəflərin texniki ekspertlərinin görüşünü alqışlayırıq. Həmsədrlər belə görüşlərə yardım etməyə hazırdır".

Vurğulanır ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycan prezidentlərinin siyasi iradəsindən asılıdır.

"Minsk qrupunun həmsədr ölkəsi olaraq, biz regionda sülh və tərəqqinin olması üçün səylərimizi davam etdirəcəyik", — administrasiyadan bildiriblər.

Xəbər lenti
0