11:14 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Rusiya təyyarəsinin pilotunun ölümünü üzərinə götürən Alparslan Çelik

Rusiya Türkiyəyə çağırış etdi

© Foto : politicoscope.com
SİYASƏT
Qısa URL
2691401

Türkiyə tərəfindən vurulan Rusiya təyyarənin katapult edən pilotu Oleq Peşkovu öldürməkdə günahlandırılan Alparslan Çelik iyunun 27-də məhkəmə qarşısına çıxarılacaq.

BAKI, 10 iyun-Sputnik. Rəsmi Moskva Türkiyənin “F-16”-ları tərəfindən vurulan Rusiya təyyarəsinin pilotunun ölümünü üzərinə götürən Alparslan Çeliyin odlu silah əldə etməkdə ittiham edilməsinə qarşı olduğunu bəyan edib. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib: "Türkiyə rəhbərliyi sanki Çeliki həbs etməkdən boyun qaçırırmış kimi görünür. Bu insan qanunsuz odlu silah əldə etməklə yanaşı Rusiyalı pilotun öldürülməsində də günahlandırılırdı. Lakin onu sərbəst buraxıblar”. 

“Türkiyə rəhbərliyini rus pilotun ölümünə görə məsuliyyət daşıyan şəxslərin tapılması və həbsi üçün lazımi addımları atmağa çağırırıq” – deyə Zaxarova bildirib. 

XİN nümayəndəsi 200-ə yaxın yaraqlının Türkiyədən Suriyaya keçib əl-Nüsra Cəbhəsinə qoşulduğunu deyib. 

“Bundan başqa Hələb və İdlib bölgələrindəki silahlılara silah daşıyan yük maşınlarının dayanmadan Türkiyə–Suriya sərhəddini keçməsi müşahidə olunur. Bu, Suriya ordusunun planlı bir şəkildə növbəti dəfə kürəyindən bıçaqlandığını göstərir” – deyə o, əlavə edib. 

Zaxarova mediadakı xəbərlərə istinadən bildirib ki, Hələb ətrafında gedən döyüşlərdə 2000-nə yaxın cihadçı iştirak edir və onlara türk hərbçilər təlim keçir.

Qeyd edək ki, sərhəddi pozduğuna görə Türkiyə tərəfindən vurulan Rusiya təyyarənin katapult edən pilotu Oleq Peşkovu öldürməkdə günahlandırılan Alparslan Çelik iyunun 27-də məhkəmə qarşısına çıxarılacaq. Bu barədə məlumatı Sputnik-ə Çeliyin vəkili Murat Üstündağ verib. 

Əsas mövzular