06:12 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Vüqar Əliyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini
© Foto : STR

"İctimai rəylə manipulyasiya faciəli nəticələrə səbəb olur"

SİYASƏT
Qısa URL
207 0 0

Vüqar Əliyev: ""Rossiya seqodnya" BİA-nın təşkilatçılığı ilə keçirilən "Jurnalistikada yeni dövr: meynstrimlə vidalaşma" mövzusunda beynəlxalq forumunun praktik nəticələrinin olacağına inanıram"

BAKI, 10 iyun — Sputnik. İyunun 6-7-də Moskvada "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin təşkilatçılığı ilə "Jurnalistikada yeni dövr: meynstrimlə vidalaşma" mövzusunda beynəlxalq mediaforum keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev təəssüratlarını Sputnik-lə bölüşüb.

"Müzakirələrədə ayrı-ayrı qüvvələrin qlobal informasiya məkanını nəzarətə götürmək, beynəlxalq ictimaiyyətə dünyada baş verən hadisələr və cərayan edən hadisələrlə bağlı öz görüntüsünü təlqin etmək tendensiyasının açıq müşahidə edildiyi vurğulandı. Bu mənada müasir dünyada qlobal meystrimin yaratdığı problemlər fəal müzakirə olundu və bu tendensiyaya qarşı real müqavimət mexanizminin, alternativ informasiya mənbələrinin formalaşdırılması zəruruliyi bir təlabat kimi əksər tədbir iştirakçıları tərəfindən ifadə olundu", — V. Əliyev bildirib.

Onun sözlərinə görə, hazırki qlobalaşma dövründə ayrı-ayrı ölkələr üçün öz informasiya makanını yad neqativ təsirlərdən qorumaq getdikcə çətinləşir: "İnsanlar, xüsusən gənc nəsil birtərəfli, müəyyən məqsədlər güdən informasiya təcavüzünə, mənəvi-əxlaqi aşılanmaya və bu tipli digər mənfi təzahürlərə məruz qalır. Məsələn, Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, ictimai rəylə manipulyasiya, daxili ictimai rəyin süni şəkildə gərginləşdirilməsi sonda bütöv xalqlar üçün faciəli nəticələrə səbəb olur".

"Bu mənfi təzahürlərə yol verməmək üçün yeni medianın potensialının tam realizə edilməsi, müstəqil informasiya daşıyıcılarının stimullaşdırılması, informasiya rəngarəngliyinin yaradılması, insanlara və cəmiyyətlərə ayrı-ayrı müstəqil mənbələrədən informasiya əldə etmək imkanının təmin edilməsi, həqiqətən də günümüzün aktual məsələlərindən birinə çevrilib", — Administrasiya rəsmisi vurğulayıb.

Bu baxımdan o, hesab edir ki, sözügedən tədbirdə mövcud problem tam əhatə olunub: "İnformasiya monopoliyasına son qoyulması və alternativ informasiya mənbələrinin təmin edilməsi bir daha aktuallaşdırıldı. Bu mənada forumun əhəmiyyətini qiymətləndirməyə bilmərəm və qarşıdan gələn dövrdə onun praktiki nəticələrinin olacağına inanıram. Fürsətdən istifadə edərək mötəbər tədbirin təşkilatçılarını təbrik etmək, habelə müasir medianın aktual məsələlərinin müzakirəsində aktiv iştirak üçün yaradılmış imkana görə "Rossiya seqodnya" agentliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirmək istəyirəm".

Xatırladaq ki, beynəlxaql forumda iştirak edən Rusiya prezidenti Vladimir Putin tədbirin təşkilatçısı olan "Rossiya seqodnya"nın əməkdaşları ilə görüşərək, onlara məsuliyyətli tədbirə və əməkdaşlığa görə təşəkkür edib.

"Jurnalistikada yeni dövr: meynstrimlə vidalaşma" mövzusunda beynəlxalq mediaforum 6-7 iyunda Moskvada "Sovet Məlumat Bürosu"nun 75 illik yubiley tədbirləri çərçivəsində keçirilib. "Rossiya seqodnya" ("Rusiya bu gün") Beynəlxalq İnformasiya Agentliyinin təşkil etdiyi forumda dünyanın 30 ölkəsindən media ekspertləri iştirak ediblər.

Qeyd edək ki, Sputnik Beynəlxalq İnformasiya Agentliyi "Rossiya seqodnya"nın beynəlxalq layihəsidir.

Əlaqədar

Sputnik Azərbaycan qiraət layihəsini başa çatdırır
Daha bir millət vəkili Sputnik.Qiraət-də
Məşhur meyxanaçı qardaşlardan Sputnik-ə unikal təbrik
"Sputnik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə verir"
Milli Məclisin deputatı Sputnik.Qiraət-də şeir oxudu
Teqlər:
ictimai rəy, Vüqar Əliyev, "Jurnalistikada yeni dövr: meynstrimlə vidalaşma", "Rossiya seqodnya", media, Moskva

Əsas mövzular