SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Berlində Qarabağ danışıqlarına dəstək nümayişi keçiriləcək

© Photo : azertag.azBerlində Qarabağ danışıqlarına dəstək nümayişi. Arxiv şəkli
Berlində Qarabağ danışıqlarına dəstək nümayişi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiyanı Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi təşkil edir.

BAKI, 27 may – Sputnik. Bu il iyunun 7-də Berlində, federal kansler aparatı qarşısında Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə sülh nümayişi təşkil ediləcək. Bu barədə Sputnik-ə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı-direktoru Heydər Mirzə məlumat verib. 

Onun məlumatna əsasən, aksiyanın məqsədi Dağlıq Qarabağ danışıqlarına dəstəyin nümayiş etdirilməsidir.

Qeyd edək ki, iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyev Almaniya federal kansleri Angela Merkelin dəvəti ilə Berlində səfərdə olacaq.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü ilə ötən mitinq bu il aprelin 6-da Berlində Ermənistan prezidenti Serj Sarqsyanın səfərinin əleyhinə təşkil olunmuşdu.

Xəbər lenti
0