10:50 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SİYASƏT
Qısa URL
1601

Qeydə alınanlar namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmüş Cavid Osmanov, Ümid Partiyasından irəli sürülmüş İqbal Ağazadə, bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşad Gözəlov və Rəşad Abdullayevdir

BAKI, 24 may — Sputnik. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin adları məlum olub. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi

14 nəfərin hər birinin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. 11 nəfər imza vərəqələrini geri qaytarıb və onlardan 6 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınanlar namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmüş Cavid Osmanov, Ümid Partiyasından irəli sürülmüş İqbal Ağazadə, bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşad Gözəlov və Rəşad Abdullayevdir.

Qeyd edək ki, imza vəqələrini dairə seçki komissiyasına təqdim etmək üçün müəyyən edilən vaxt mayın 19-u başa çatıb. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Əlaqədar

Bu da Mərkəzi Seçki Komissiyasının yeni tərkibi
Qazaxıstanda parlament seçkiləri keçirilir
ABŞ-da prezidentliyə namizəd Marko Rubio seçki kampaniyasını dayandırıb
İrandakı seçkilərdə mühafizəkarlar qalib gələ bilər
AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi qəbul edilib
Teqlər:
90 saylı Ağdaş seçki dairəsi, Mərkəzi Seçki Komissiyası, Milli Məclis, seçki, namizəd

Əsas mövzular