SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqından Türkiyədə millət vəkillərinin toxunulmazlığı ilə bağlı açıqlama

© AFP 2023 / JOHN THYSYohannes Hann və Federika Mogerini
Yohannes Hann və Federika Mogerini - Sputnik Azərbaycan
Abunə olmaq
Açıqlamada çoxlu sayda millət vəkilinin toxunulmazlıq hüququnun ləğv edilməsinin ciddi narahatlıq doğurduğu deyilib.

BAKI, 21 may — Sputnik. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini və Avropa İttifaqının Qonşuluq siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Yohannes Hann Türkiyədə millət vəkillərinin toxunulmazlıq hüququnun ləğv edilməsi ilə əlaqədar birgə yazılı açıqlama verib.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, açıqlamada çoxlu sayda millət vəkilinin toxunulmazlıq hüququnun ləğv edilməsinin ciddi narahatlıq doğurduğu deyilib.

Açıqlamada toxunulmazlığın qaldırılmasının şəffaf meyarlara görə hər bir iddia üçün ayrı-ayrı ələ alınması, siyasi mülahizələrə bağlı olmamasının lazım olduğu bildirilib.

Qeyd edilir ki, qanuni çərçivənin və xüsusilə konstitusiyanın məhdudlaşdırıcı bir şəkildə şərh edilməsi Türkiyədəki parlament üzvlərinin ifadə azadlığına risk meydana gətirməyi davam etdirir.

Bildirilib ki, parlament üzvləri haqqında sui-istifadə və cinayət iddiaları uyğun hüquqi prosedurlara tabe olmalıdır.

Xəbər lenti
0