21:47 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
59 0 0

Azərbaycan xarici işlər naziri: "Danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir"

BAKI, 17 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünə münasibət bildirib. Sputnik-in məlumatına görə, E. Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun qiymətləndirməsi ilə razı olduğunu deyib.

Встреча президентов Азербайджана и Армении. Архивное фото
Пресс-служба президента Азербайджана

Nazir bildirib ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır: "Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir".

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçılarının regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəldiklərini deyib: "Tərəflər güzəştlərin axtarılmasının lehinədir və bu güzəştlərin ifadə edilməsinə kökləniblər. Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq".

"Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin. Güzəşt hər zaman mümkündür. Əgər belə bir imkan olmasaydı, Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı", — Lavrov bildirib.

O əlavə edib ki, məqsəd münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləyərək işi sona çatdırmaqdır: "Çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım olacaq. Hər halda nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var".

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri arasında ABŞ, Rusiya və Fransa XİN başçılarının iştirakı ilə keçirilən görüş dünən gecə saatlarında Vyanada baş tutub.

Əlaqədar

Prezidentlərin görüşünün ardınca Ermənistan təxribat törətdi
ATƏT-in Minsk Qrupu Vyana danışıqlarının yekunlarına dair bəyanat yayıb
İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb
Teqlər:
prezidentlərinin Vyana görüşü, Dağlıq Qarabağ, Elmar Məmmədyarov, Sergey Lavrov

Əsas mövzular