23:55 26 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
15401

Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşəcəyi bildirilir. Görüşdə, həmçinin Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin iştirakı da nəzərdə tutulur.

BAKI, 12 may — Sputnik. Moskvada, Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin iştirakı ilə görüşə biləcəyini təsdiqləyiblər. Sputnik-in məlumatına görə, bu barədə Moskvadakı diplomatik mənbə RİA Novosti-yə bildirib.

"Bəli, Moskvada belə bir görüşün mümkünlüyünü təsdiqləyirlər. Görüş iki ölkənin prezidentinin, həmçinin Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin iştirakı ilə hazırlanır", — deyə mənbə bildirib.

Xatırladaq ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birbaşa danışıqlar prosesinə başlamağa çağırıblar.
Həmsədrlərin bəyanatına görə, belə bir görüş gələn həftə Vyanada baş tuta bilər. Daha əvvəl İrəvandakı diplomatik mənbə prezidentlərin görüşünün həmsədrlərin dəstəyi ilə Avstriya paytaxtında keçiriləcəyini bildirmişdi.
"Bu yaxınlarda baş verən zorakılıq və gərginliyin azaldılması zərurətindən çıxış edərək, biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinin vaxtı çatıb", — deyə bəyanatda vurğulanır.


Minsk Qrupunun həmsədrləri — rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Endryu, prezidentlərin Vyana görüşünü gələn həftə təşkil etməyə hazır olduqlarını bəyan ediblər: "Görüşün əsas məqsədləri atəşkəs rejiminin qorunmasına, baza elementləri və prinsipləri əsasında danışıqların yenilənməsi üçün münbit şəraitə imkan verəcək qarşılıqlı etimad mühitinin yaradılmasına nail olmaqdır".
"Zorakılığın davam etdiyi müddətdə uğur əldə etmək, danışıqlar prosesi olmadan sülhə nail olmaq mümkün deyil", deyən həmsədrlər Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığını bir daha qeyd ediblər.

Əlaqədar

Rusiya və ABŞ prezidentləri nə danışıblar?
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
Prezidentlər görüşdülər
Prezidentlər görüşərlərsə...
Üç ölkə prezidentlərinin görüşü ertələndi
Prezidentlərin görüşü dekabrın əvvəllərində baş tuta bilər
Teqlər:
prezidentlər, Ermənistan, Moskva, həmsədrlər, Azərbaycan, görüş

Əsas mövzular