23:45 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
5220

Siyavuş Novruzov: "Naxçıvan blokadada olan ərazidir. Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdurlar ki, üç aydan bir sərhədi keçsinlər. O zaman onların qazandıqları yol puluna gedəcək"

BAKI, 6 may — Sputnik. Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov çıxış edərək Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi və ya müddətinin uzadılmasını təklif edib. Sputnik-in xəbərinə görə, o, qeyd edib ki, son dövrlərdə baş verən hadisələrdə Türkiyə hərbi və digər sahələrdə ölkəmizə dəstək verib.

"Hazırki şəraitdə viza rejiminin ləğv olunması və ya müddətinin uzadılması vacib olan amillərdəndir. Xüsusilə Naxçıvanı qeyd etmək istəyirəm. Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdurlar ki, üç aydan bir sərhədi keçsinlər. O zaman onların qazandıqları yol puluna gedəcək", — S. Novruzov bildirib.

Deputat Gürcüstanın Türkiyə ilə viza rejimini ləğv etdiyini xatırladıb: "Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və yaxud əksinə. Türkiyədə dərs deyən müəllimlər var, onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq".

Əlaqədar

Avropa Komissiyası Türkiyə vətəndaşları üçün vizaların qaldırılmasına qərar verdi
"Avropa Birliyi kürd amilini bəhanə edərək viza müqaviləsini təxirə sala bilər"
Türkiyə Avropa İttifaqı ölkələri üçün viza rejimini ləğv etdi
Avropadan Türkiyəyə viza şərti
İranla viza rejimi qaldırılır?
Türkiyə ilə Avropa Birliyi arasında viza rejimi aradan qaldırılarsa...
Teqlər:
viza, plenar iclas, Siyavuş Novruzov, Milli Məclis, Türkiyə, Azərbaycan

Əsas mövzular