10:07 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Дональд Трамп, кандидат в президенты США

Ted Kruz Vayominqdə ilkin seçkilərdə Donald Trampa qalib gəlib

© REUTERS / Jim Bourg
SİYASƏT
Qısa URL
702

Vayominq ştatında keçirilən praymerizdə respublikaçılar daxilində senator Ted Kruz rəqibi milyarder Donald Trampı qabaqlayıb.

BAKI, 17 apr — Sputnik. ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün  ilkin seçki (praymeriz) prosesi davam edir.

APA-nın verdiyi məlumata görə, Vayominq ştatında keçirilən praymerizdə respublikaçılar daxilində senator Ted Kruz rəqibi milyarder Donald Trampı qabaqlayıb.

Aprelin 16-da bu ştatda keçirilən ilkin seçkilərdə T. Kruz 14 qurultay nümayəndəsinin dəstəyini təmin edib. Bundan əvvəl isə 12 qurultay nümayəndəsinin səsi bölüşdürülüb, T. Kruz  10 qurultay nümayəndəsinin dəstəyini təmin edib.

Bununla belə, D. Tramp  hələ də respublikaçılar daxilində ilkin seçkilərdə liderlik edir. Milyarder indiyə qədər ştatlarda keçirilən ilkin seçkilərdə 744, T. Kruz isə 559 qurultay nümayəndəsinin dəstəyini təmin edib. Respublikaçıların prezidentliyə vahid namizədi olmaq üçün isə 1237 qurultay nümayəndəsinin dəstəyi lazımdır.  

Qeyd edək ki, respublikaçılarla demokratların prezidentliyə namizədləri iyul ayında bu partiyaların qurultaylarında müəyyən ediləcək. ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək. 

Əsas mövzular