08:09 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SİYASƏT
Qısa URL
1701

İclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək, həmçinin bir sıra qanunlarda dəyişikliklərə baxılacaq

BAKI, 5 aprel — Sputnik. Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxil edilib.

İlk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. İclasda Cinayət, Torpaq, Mülki və İnzibati Xətalar məcəllələrində, Antiinhisar fəaliyyəti, Banklar, Bank olmayan kredit təşkilatları, İnvestisiya fondları, Sığorta fəaliyyəti, İnzibati icraat, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri, Daşınmaz əmlakın dövlət reyestri, Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanunlarda dəyişikliklərə baxılacaq.

Həmçinin, Azərbaycan Respublikasında vərəmlə mübarizə, Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı, İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında qanunlarda dəyişikliklər müzakirə ediləcək.

İclasda "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunun ləğv edilməsi haqqında qanun layihəsinə də baxılacaq.

Əlaqədar

Milli Məclisin vitse-spikeri: Rusiyanın kiminsə tərəfini tutacağına inanmıram
Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyi məlum olub
Milli Məclis dövlət büdcəsinin həm gəlirlərini, həm də xərclərini daha 2 mlrd artırdı
Milli Məclisdə büdcə müzakirələri başlayıb
Milli Məclisdə 6 qanun layihəsi qəbul olunub
Teqlər:
ombudsman, qanun, parlament, deputat, plenar iclas, Milli Məclis

Əsas mövzular