17:07 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SİYASƏT
Qısa URL
64 0 0

Azərbaycan Baş nazirinin müavini: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan anti-Azərbaycan mövqeyini başa düşmək mümkün deyil"

BAKI, 4 apr — Sputnik. "Rusiyada xüsusilə hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində gərginliklə bağlı birtərəfli, anti-Azərbaycan mövqeyinin təbliğ olunmasının yumşaq dildə desək, mənasını anlamırıq".

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov səsləndirib. O deyib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.

"Digər tərəfdən Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan anti-Azərbaycan mövqeyini başa düşmək mümkün deyil", — Baş nazirin müavini bildirib.

Ə. Əhmədovun sözlərinə görə, vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır: "Heç olmasa münaqişə tərəflərindən birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir. Amma bəzi hallarda biz bunun əksini görürük".

Əlaqədar

Düşmən qərargahının bombalanmasının videogörüntüsü yayıldı
Ermənistan kompromisə hazır olduğunu bəyan etdi
Lavrov cəbhədəki gərginlikdən danışdı: "Ankaranı mühakimə etməyəcəyik"
Partiya sədrinin qardaşı oğlu şəhid oldu - zabitin nəşini nazir özü gətirir
Serj Sərkisyan hərbi əməliyyatları dayandırmağa çağırdı
"Sosial şəbəkələrdə aparılan qaralama kampaniyasını dayandıraq!"
Teqlər:
münaqişə, Əli Əhmədov, Yeni Azərbaycan Partiyası, Azərbaycan, Rusiya

Əsas mövzular