SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK-ya yeni sədr təyin olundu

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidRF MSK sədri Ella Pamfilova
RF MSK sədri Ella Pamfilova - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasına ombudsman rəhbərlik edəcək. Pamfilova artıq MSK-nın struktur islahatları ilə bağlı ilkin təkliflərini irəli sürüb.

BAKI, 28 mart — Sputnik. Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Ella Pamfilova Rusiyanın Mərkəzi Seçki Komissiyasına rəhbərlik edəcək. Onun namizədliyi MSK-nın yeni heyətinin üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənib.

Sputnik-in məlumatına görə, Pamfilovanın xeyrinə MSK-nın 14 üzvü səs verib. Digər namizəd Sergey Sirotkinə isə cəmi 1səs qazanıb. Növbəti bazar ertəsi MSK-nın yeni heyətlə ilk iclası keçiriləcək. Burada MSK-nın sədr müavini və katibi seçiləcək.

Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
MSK deputatlığa namizədlərin müraciətinə baxıb

Pamfilova artıq MSK-nın struktur islahatları ilə bağlı ilkin təkliflərini irəli sürüb. Onun fikrincə, komissiyanın sədr müavinlərinin sayını 1 nəfərə qədər azaltmaq lazımdır.

Mərkəzi Seçki Komissiyası — federal seçkilərin keçirilməsinə və seçki komissiyaları ilə bağlı şikayətlərin baxılmasına məsul olan federal qurumdur. Onun tərkibi səsvermə hüququ olan 15 nəfərdən ibarətdir. Komissiyanın 5 üzvü 5 il müddətinə prezident, Federasiya Şurası və Dövlət Duması tərəfindən təyin olunur.

2016-cı ildə MSK-nın tərkibinin 2/3 hissəsi yenilənib. Hazırkı heyətin 15 üzvündən altısı yenidir: Boris Ebzeyev, Siyabşah Şaliyev, Anton Lopatin, Mayya Qrişina, Valeri Kryukov, Yevgeni Kolyuşin. MSK-nın ən yeni üzvləri isə Ella Pamfilova, Vasili Lixaçev, Yevgeni Şevçenko, Aleksandr Kinyov, Sergey Sirotkin, Nikolay Leviçev, Valeri Qalçenko, Nikolay Bulayev, Aleksandr Klyukindir.

MSK sədri Vladimir Çurovun səlahiyyət müddəti martın 27-də başa çatıb. O, MSK-ya 2007-ci ildən başçılıq edirdi. 2016-cı ildə isə o, komissiyanın heç bir yeni heyətinə daxil olmayıb.

Xəbər lenti
0