01:42 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Photo : REPORT

Novruz əfvinə kimlər düşəcək?

SİYASƏT
Qısa URL
476 0 0

Deputatlar, hüquq müdafiəçiləri böyük ümidlərinin olduğunu deyirlər: "Amma gərək əfv prosesində beynəlxalq təşkilatlar da səbrli olub, ölkə başçısına kəskin müraciətlər etməsinlər"

BAKI, 7 mart — Sputnik. Mart ayının əvvəli olmasına baxmayaraq artıq Əfv Məsələləri Komissiyası (ƏMK) iki iclas keçirib. İclasda əfvlə bağlı quruma daxil olan müraciətlərə baxılıb. İclasların Novruz bayramı öncəsinə salınması isə ictimaiyyət arasında əfvlə bağlı müzakirələrin artmasına səbəb olub.
Новогодние украшения вдоль дороги
Sputnik/ Мурад Оруджев

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Sputnik-ə açıqlamasında bildirib ki, siyasi məhbusların azad olunması istiqamətində müəyyən addımlar atılmalıdır: "Hamıda bir ümid var ki, Avropa Şurasının siyahısında olan məhbusların əksəriyyəti azad olunacaq. Məncə, bunu etmək lazımdır, çünki bu gün bu insanların həbsdə yatmasının heç bir mənası qalmır, əksinə müəyyən dərəcədə problemlər yaradır".

"Xüsusilə Tofiq Yaqublunun, Nemət Pənahlının hər-hansı bir hökmlə həbsdə olmasının heç bir mənasını görmürəm. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Ümid edək ki, əfv geniş kategoriyadan olan insanlara, xüsusilə də ictimai-siyasi fəaliyyətlə məşğul olan, həbsdə olan şəxslərə şamil olunacaq", —deyə deputat bildirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə əfvlə bağlı sadəcə umid etdiyini bildirdi. O, verdikləri siyahıda olan insanların həbsdən çıxacağını gözləyir.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də Novruz bayramı ərəfəsində gözlənilən əfv sərəncamından danışıb. O, bildirib ki, bəzi müxalif qruplar və onların nəzarətində olan mətbuat bu sərəncama kölgə salmaq istəyir: "Yazırlar ki, guya Qərb dairələri Azərbaycana bəzi şəxslərin əfv olunması üçün təsir edir. Onlar bunu yazmaqla yenə qıcıq yaradıb, həmin şəxslərin adının əfv siyahısına düşməsinə əngəl olmaq istəyirlər".

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə hesab edir ki, əfv prosesində beynəlxalq təşkilatlar səbrli olub, ölkə başçısına kəskin müraciətlər etməməlidir: "Gözləntilərimiz çox böyükdür. Prezidentdən də çox şey asılıdır, yəni Əfv Komissiyasından əlavə Prezident özü də kimlərisə əfv edə bilər. Mən bu ilki əfvdən çox şey arzulayıram və Prezidentin özündən də humanist addım gözləyirəm ki, Novruz bayramında mənim həmkarlarım da öz ailələrinə qovuşsun".

Ekspertlərin də sözlərindən göründüyü kimi, əfvlə bağlı gözləntilər yetərincə böyükdür.

Əlaqədar

Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib
Əfv Komissiyasına 6 yeni üzv təyin edilib
Prezident əfv fərmanı imzaladı
Millət vəkili: əfv sərəncamı hələ rəsmi deyil
Əfv siyahısına həbsdəki bütün jurnalistlərin adları daxil edilib
Teqlər:
əfv, Əfv Məsələləri Komissiyası, Prezident, millət vəkili, hüquq müdafiəçiləri

Əsas mövzular