SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qoy nazirlər xalqa hesabat versinlər, bizə deyil

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa: "Biz onsuz da hər gün işsizlərlə, problemləri olan sahibkarlarla, devalvasiyadan zərərçəkmiş vətəndaşlarla qarşılaşırıq. Onların problemlərinin həllinə də heç bir gücümüz çatmır."

BAKI, 23 fev-Sputnik. Milli Məclisə bütün Nazirlər Kabinetinin tam heyətdə gəlməsinin, ya da nazirlərin gəlməsinin o qədər də mənası yoxdur. Əsas odur ki, devalvasiyadan sonra hər gün televiziyada, başqa mətbuat orqanlarında xalqın qarşısına çıxıb hər gün hansı yeniliklərin olduğunu göstərirdilər, yoxsa bizə hesabat verməyə nə ehtiyac var?! 

Sputnik xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili həmçinin deyib: "Biz onsuz da hər gün işsizlərlə, problemləri olan sahibkarlarla, devalvasiyadan zərərçəkmiş vətəndaşlarla qarşılaşırıq. Onların problemlərinin həllinə də heç bir gücümüz çatmır. Bu iş hökumətin üzərinə düşür. Hökumət hər gün yığışmalıdır. Yoxsa, bizdə hardasa ölkə prezidenti yığmayınca, hökumət yığışmır. Hökumət hansısa bir açıqlama vermir.

Hökumət bildirməlidir ki, nə qədər iş yeri açılır, inhisarçılığa qarşı hansı mübarizə aparır, sahibkarlığın qorunması üçün konkret hansı işlər görülüb, kənd təsərrüfatında hansı müəssisələr açıldı və digər məsələlərlə bağlı hansı yeniliklər olub. Bunlar yoxdur".

Deputatın sözlərinə görə, bu gün elə bir sahə yoxdur ki, neftin ucuzlaşdığı vaxtda dövlət büdcəsinə istinad edərək hansısa gəlir gətirmə yollarını tapa bilək. "Kənd təsərrüfatı bərbad vəziyyətdədir. Digər tərəfdən, kənd təsərrüfatında, ya da hər hansı başqa sahədə istəyirsən iş qur, bütün orqanizm kimi işləməyəndə onun səmərəsi olmur. Bunlar hamısı bir-biri ilə bağlı olan məsələlərdir. Tez-tez deyirik ki, Azərbaycanda turizm inkişaf edir. Bu gün Azərbaycan otellərinin 95 faizi boşdur. İşçilərinin pulunu verə bilmirlər. İki mərtəbədə işıq yanır, qalan yuxarı mərtəbələrdə hamısını söndürüblər ki, əlavə xərclər getməsin. Hökumət bunların üzərində düşünməlidir." — deyə F.Mustafa əlavə edib.

Xəbər lenti
0