02:29 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
58311

Türkiyəli millət vəkili: "Biz həmin dövlətləri də, onların niyyətlərini də gözəl bilirik. Hər kəs bilsin ki, Türkiyə nə Suriyaya, nə də İraqa bənzəyir. Kimsə burada dövlətə baş qaldırmaqla uğur əldə edə bilməyəcək"

BAKI, 12 fev — Sputnik. "Murat Karayılanı tutmaqla PKK-nı birdəfəlik yox etmək mümkün deyil". Bunu Sputnik-ə eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-dən olan millət vəkili Yusuf Halaçoğlu deyib.

Onun sözlərinə görə, PKK terror təşkilatının arxasında bəzi ölkələr dayanır: "Biz həmin dövlətləri də, onların niyyətlərini də gözəl bilirik. Amma bir nəfəri həbs edərək terroru sonlandırmaq mümkün deyil. Əksini iddia etmək saflıq olar".

Millət vəkili daha sonra deyib: "Hər kəs bilsin ki, Türkiyə nə Suriyaya, nə də İraqa bənzəyir. Heç kim elə bilməsin ki, dövlətə baş qaldırmaqla uğur əldə edə biləcək. Türkiyədə bu, mümkün deyil və olmayacaq".

PKK terror təşkilatının əsas liderlərindən biri olan Murat Karayılanın İraqın şimalında tutulduğu bildirilir. Məlumatı Mosuldakı yerli mənbələr verib. Xəbərə görə, türk xüsusi təyinatlıları ani basqın əməliyyatı ilə Karayılanı gizləndiyi yerdə həbs ediblər. Murat Karayılanın Türkiyəyə gətiriləcəyi qeyd olunur.

Xəbərin doğru, yaxud yalan olması barədə Türkiyə hökumətindən heç bir rəsmi açıqlama hələlik verilməyib. Terror təşkilatı da yayılan informasiyanı təkzib etmir. Bu da iddianın gerçək ola biləcəyi ehtimalını gücləndirir.

Əlaqədar

PKK polis avtobusunu partladıb
8 PKK terrorçusu təslim oldu
"İstanbulda törədilən terror PKK-nın üslubu deyil"
Daha 9 PKK terrorçusu məhv edilib
Türk ordusundan PKK-ya ağır zərbə
Teqlər:
Yusuf Halaçoğlu, Türkiyə Böyük Millət Məclisi, terror təşkilatı, Murat Karayılan, PKK

Əsas mövzular