SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisdə 7 qanun layihəsi müzakirə olunur

Abunə olmaq
Parlamentin yaz sessiyasının növbəti plenar iclası başlayıb. İclasın gündəliyinə 7 məsələ daxil edilib.

BAKI, 12 fev — Sputnik. Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. Sputnik xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə, "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə, habelə "Lisenziyalar və icazələr haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri müzakirə edilir.

 

Xəbər lenti
0