10:18 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Zahid Oruc

"Azərbaycanın Avrasiya İttifaqına daxil olacağına inanmıram"

© Sputnik / Talyb Barkhudayev
SİYASƏT
Qısa URL
3401

Zahid Oruc: "Bu İttifaqı yarandığı gündən, ona üzv olan ölkələrə müəyyən iqtisadi faydalar gətirilməyə çalışıldı. Lakin, burada iqtisadi maraqlardan daha çox siyasi element, amillər üstünlük təşkil edir"

BAKI, 5 fev — Sputnik. Rusiya Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri Sergey Qlazev "Moskva-Baku" portalına müsahibəsində bildirib ki, neft konyunkturasının uzunmüddətli pisləşməsi şəraitində Azərbaycan Avrasiya iqtisadi inteqrasiya məkanına qayıtmağı, yəni Avrasiya İttifaqına üzvlüyü nəzərdən keçirməlidir. O, üstəlik qeyd edib ki, Avrasiya İttifaqı çərçivəsində Azərbaycan mallarına dünya bazarlarından daha çox tələbat olacaq.

"Avrasiya İttifaqına üzvlüyün konkret üstünlüklərinə gəldikdə, Azərbaycanın qarşısında ixraca yönəldilən məhsulları tamamilə udmağa qadir olan geniş bazar açılacaq. Digər tərəfdən, Avrasiya İttifaqına üzvlük Azərbaycanın investisiya cəlbediciliyini kəskin artıracaq", — müşavir bildirib.

Sergey Qlazev hesab edir ki, Avrasiya İttifaqına üzvlük Azərbaycan üçün əlavə tranzit imkanları da açacaq: "Azərbaycan üçün xüsusilə mühüm və həssas məsələ bu ölkədən olan və Rusiyada işləyən milyonlarla adam üçün transsərhəd keçidlərinin asanlaşmasıdır. Bilindiyi kimi, Avrasiya İttifaqı çərçivəsində gömrük sərhədləri yoxdur".

Rusiyalı müşavirin açıqlamasını Sputnik-ə şərh edən millət vəkili Zahid Oruc deyib ki, Avrasiya İttifaqı yarandığı müddət ərzində, ora üzv olan ölkələrə müəyyən iqtisadi faydalar gətirməyə çalışıldı: "Lakin, açıq desək, burada iqtisadi maraqlardan daha çox siyasi element, amillər üstünlük təşkil etməkdədir. Yəni, Rusiyanın Ukrayna üzərindən dünya ilə yeni savaş mərhələsinin başlanması fonunda, onun əsas dominantlığı ilə yeni formatları meydana çıxarması, özü bir təhlükə siqnalı kimi qəbul olundu. Baxmayaraq ki, əslində MDB var".

"Sual oluna bilərdi ki, Avrasiya İttifaqı sözünü elə MDB-nin üstünə də qoyub bunu elan etsəydilər, nə dəyişəcəkdi? Yəni, adlar məsələsi müəyyən qədər təsir göstərə bilər", —deputat vurğulayıb.

Z. Orucun sözlərinə görə, geniş Avrasiya məkanında bu dövlətlərin müxtəlif planları var: "Amma Azərbaycan əvvəlcədən Ermənistan ilə bağlı ümumi müddəaları Qazaxıstan prezidenti Nazarbayevə göndərdi və orada da Sarkisyanla məlum siyasi duel yaşandı. Cənab Prezident çox uğurla xarici siyasət maraqlarını uzlaşdırır".

Millət vəkili indi yeni bir fenomenın — İran amilinin ortaya çıxdığını deyir: "Baxmayaraq ki, onların Rusiya ilə yaxın münasibətləri var, lakin indiki dövrdə qədim fars imperiyasından gələn ənənələr hakimdir. Yəni, İran maksimum dərəcədə Avropa ilə münasibətləri korlamamaq üçün Rusiya ilə məsafə saxlamağa çalışacaq. Belə olan təqdirdə, düşünmürəm ki, Azərbaycan həmin iqtisadi birliyə daxil olsun. Biz Rusiya ilə dostduq. Əminəm ki, Azərbaycan özünün müstəqil mövqeyini davam edəcək".

Əlaqədar

Yaxında Azərbaycanın Avrasiya ittifaqına qoşulması gündəmə gələcək
"Avrasiya Gündəliyi" portalı təqdim olundu
Rusiya Türkiyəyə güzəştli qaz satışını dayandırdı
QİƏT-də sədrlik Rusiyaya keçib
"Rusiya ABŞ-a qarşı mübarizədə ən yaxın tərəfdaşını itirə bilər"
Teqlər:
Zahid Oruc, Rusiya, Azərbaycan, Avrasiya İttifaqı, Rusiya Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri Sergey Qlazev

Əsas mövzular