20:55 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Avropa Şurası Parlament Assambleyası

"Azərbaycan bəzi öhdəliklərini 15 ildir yerinə yetirməyib"

© AP Photo / Christian Lutz
SİYASƏT
Qısa URL
60311

Qulamhüseyin Əlibəyli: "Şuraya qəbul edilən dövlətlərin üzərinə müəyyən öhdəliklər qoyuldu və həmin ölkələr bu öhdəlikləri yerinə yetirəcəklərinə dair söz verdilər. Bu öhdəliklərin ən önəmli hissəsi qanunun aliliyi, demokratiya və insan haqları prinsipləridir"

BAKI, 26 yan — Sputnik. Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən 15 il keçir. 2001-ci il yanvarın 25-də təşkilat qarşısında üçrəngli bayrağı dalğalanan Azərbaycan, bununla erməni lobbisinə qarşı olduqca əlverişli tribuna qazanmış oldu.

Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından olan Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında da önəmli rol oynadı. Mövzu ilə bağlı Aydınlar Partiyasının sədri, Azərbaycanın AŞPA nümayəndə heyətindəki keçmiş üzvü Qulamhüseyn Əlibəyli Sputnik-in suallarını cavablandırıb:

- Qulamhüseyin bəy, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduğu vaxtdan 15 il ötdü. Sizcə bu 15 ildə nə dəyişdi və Azərbaycanın qazancı nə oldu?

— Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa Şurası kimi təşkilata daxil olması özü müsbət addım idi. Bunu həm də Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində atılan addımlardan biri kimi də qiymətləndirmək olar. Düzdür, həmin dövrdə Azərbaycan Avropa Şurasının müəyyən etdiyi hüquqi və demokratik standartlara tam cavab vermirdi. Ona görə də Şuraya qəbul edilən dövlətlərin üzərinə müəyyən öhdəliklər qoyuldu və həmin ölkələr bu öhdəlikləri yerinə yetirəcəklərinə dair söz verdilər.

- Bunlar hansı öhdəliklərdir?

— Bu öhdəliklər bir neçə istiqamətdə idi. Misalçün, üzv dövlətlər Avropa Şurasının bütün konvensiyalarına qoşulmalı idilər. Həmin konvensiyaların müddəalarının bir hissəsi ölkə qanunvericiliyində də öz əksini tapmalı idi. Digər bir qisim öhdəliklər Azərbaycanın daxili qanunvericiliyi ilə bağlı idi. Yəni həmin daxili qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində iş idi. Azərbaycan Şuranın bütün konvensiyalarına üzv olaraq bunu tam şəkildə yerinə yetirib. Daxili qanunvericiliklə bağlı işlərin müəyyən hissəsi yerinə yetirilsə də, qənaətbəxş sayıla bilməz.

- Konkret hansı öhdəliklər tam yerinə yetirilməyib?

— Məsələn, öhdəlikdə qeyd olunan sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlər mövcuddur. Hansı ki, Avropa standartları ilə uyuşmur. Bütövlükdə demokratiya, insan hüquqları, qanunun aliliyi kimi məsələlərdə hələ də problemlər tam öz həllini tapmayıb. Siyasi təqibin genişlənməsini, siyasi fəalların, o cümlədən jurnalistlərin, QHT-çilərin həbs olunmasını Avropa Şurası qarşısında götürülən öhdəlikdən kənara çıxmaq kimi saymaq olar. Bütün bu kimi hallar Azərbaycanın nüfuzuna xələl gətirir.

- Bəs Avropa Şurası necə, üzərinə düşən öhdəlikləri yerinə yetirirmi?

— Beynəlxalq təşkilatlar, hər hansı dövlət qarşısında öhdəlik daşımır. Sadəcə olaraq həmin təşkilatların müəyyən prinsipləri var. Avropa Şurasının da prinsipləri qanunun aliliyi, demokratiya və insan haqları prinsipləridir. Üzv olan dövlətlər də həmin prinsipləri qəbul etməyi öhdəlik kimi götürürlər. Azərbaycanda bu, hələ tam şəkildə həyata keçirilməyib.

Əlaqədar

AŞPA-nın bəyanatı Azərbaycanda etiraz doğurdu
Rusiya AŞPA-nın qış sessiyasını boykot etdi
AŞPA üzvü: məğlubiyyət təşvişi bütün Ermənistanı hərəkətə gətirib
AŞPA seçki müşahidə missiyasinın yekun məruzəsi təsdiq edildi
AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi qəbul edilib
AŞPA-da Sərsəng su anbarı ilə bağlı sənəd qəbul edilib
Teqlər:
insan haqları, sərbəst toplaşmaq azadlığı, qanunun aliliyi, Qulamhüseyn Əlibəyli, Aydınlar Partiyası, Avropa Şurası, öhdəlik, AŞPA, demokratiya

Əsas mövzular