20:06 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
İlham Əliyev - Davos

İlham Əliyev Gürcüstana gedəcək

© AZƏRTAC
SİYASƏT
Qısa URL
18 0 0

Giorgi Kvirikaşvili: Dövlətlərimiz arasında heç bir anlaşılmazlıq yoxdur.

BAKI, 22 yan-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək.

Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan prezidenti ilə görüşündən sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, Davosda baş tutan görüşdə qaz təchizatı mövzusuna toxunulmayıb: "Prezident İlham Əliyevlə görüş səmimi dostluq şəraitində keçib. Biz, həqiqətən, qaz təchizatı barədə danışmadıq. Qeyd etmək istəyirəm ki, bu, texniki xarakterli məsələdi. Dövlətlərimiz arasında heç bir anlaşılmazlıq yoxdur. Biz birgə İpək Yolu, Bakı-Tiflis-Qars layihələrini həyata keçiririk, ölkələrimizin iqtisadi yüksəlişi üçün vacib mənbə yaradırıq" — deyə Kvirikaşvili bildirib.

Gürcüstan baş nazirinin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan prezidentinin Gürcüstana səfəri gözlənilir: "Biz cənab Əliyevin tezliklə Gürcüstana səfərə edəcəyinə dair razılığa gəldik", deyə baş nazir əlavə edib.

Əlaqədar

İlham Əliyevlə Pyotr Poroşenko nədən danışıblar?
İlham Əliyev səfərə getdi
İlham Əliyev: Düşünürəm ki, hazırkı ehtiyatlarımız bu vəziyyəti idarə edəcək
İlham Əliyev bahalaşma əleyhinə etiraz aksiyalarına münasibət bildirdi
Teqlər:
prezident, BAkı-Tiflis-Qars, İpək Yolu, İlham Əliyev, Giorgi Kvirikaşvili, Gürcüstan, Azərbaycan

Əsas mövzular