02:58 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
2401

RF və ABŞ xarici siyasət idarələrinin başçılarının əsas müzakirə mövzusu Suriyadır.

BAKI, 15 dek — Sputnik. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə arasında görüş başlayıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, görüşdə Suriya böhranı, İŞİD terrorçu təşkilatına qarşı mübarizə, Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik, Ukrayna böhranı ilə bağlı Minsk razılaşmasının şərtlərinin yerinə yetirilib-yetirilməməsi müzakirə olunacaq.

Görüşün yalnız protokol hissəsinin mətbuat tərəfindən işıqlandırılmasına icazə verilib. Sonra danışıqlar bağlı qapılar arxasında davam etdirilib. 

Görüşdən sonra C. Kerri prezident Vladimir Putin tərəfindən qəbul olunacaq.

Əlaqədar

Con Kerri və Sergey Lavrov telefonla danışıblar
XİN: Sergey Lavrovun təklifləri danışıqlara yaxşı təkan verə bilər
Sergey Lavrov Kiprdə Türkiyədən danışdı
Sergey Lavrov: Mövlud Çavuşoğlu ilə danışılacaq çox mövzu var

Əsas mövzular