SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

V çağırış Azərbaycan Milli Məclisinin ilk sessiyası başlayıb

Abunə olmaq
Yeni tərkibdə MM-in ilk iclasına ən yaşlı deputat Fəttah Heydərov sədrlik edir.

BAKI, 24 noy — Sputnik. Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyası başlayıb. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb.

Daha sonra o sədrlik etmək üçün sozü ən yaşlı deputat Fəttah Heydərova verib.

Dövlət Himninin səsləndirilməsindən sonra iclas açıq elan edilib.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dövlət başçısının iclasda geniş nitq sözləyəcəyi gözlənilir.

Daha sonra MM sədri, sədrin müavinləri, parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi nəzərdə tutulur.

Xəbər lenti
0