20:44 13 Dekabr 2017
Canlı yayım
Əhməd Oruc

"Azadlıq" bloku hakimiyyətlə əməkdaşlığa can atır

musavat.com
SİYASƏT
Qısa URL
2111

Əhməd Oruc: “Azadlıq-2015” seçki bloku bundan sonra “Azadlıq” siyasi bloku olaraq hakimiyyətlə dialoq və anlaşma yolu tutan bir qurum kimi fəaliyyət göstərəcək.

BAKI, 12 noy — Sputnik. “Azadlıq-2015” seçki  bloku bundan sonra “Azadlıq” siyasi bloku olaraq hakimiyyətlə dialoq və anlaşma yolu tutan bir qurum kimi fəaliyyət göstərəcək.

Bunu Sputnik-ə açıqlamasında “Azadlıq” bloku Sədrlər Şurasının üzvü, “Azadlıq” Partiyasının sədri Əhməd Oruc deyib.

Onun sözlərinə görə, blokun dünən keçrilən Sədrlər Şurasının iclasında gələcək fəaliyyət müzakirə olunub. İclasda qanunvericiliyə müvafiq olaraq “Azadlıq – 2015” siyasi partiyalar seçki blokunun fəaliyyətinə xitam verilib. Seçki blokunun bundan sonra “Azadlıq” siyasi bloku kimi fəaliyyət göstərməsi barədə qərar verilib.

Sədrlər Şurasının üzvü Əhməd Oruc bildirdi ki, “Azadlıq” siyasi bloku bundan sonra fəaliyyətini dünyada və regionda baş verən geosiyai və geoiqtisadi vəiyyəti nəzərə alaraq dövlət müstəqilliyinin qorunması, Azərbaycana yönəlik təhdidlərdən müdafiə olunması, ölkənin gözlənilən kataklizmlərdən daha az zərərlə çıxması istiqamətində quracaq: “Belə ki, blok hakimiyyətə qarşı radikal mövqedə deyil, əksinə hakimiyyətlə dialoq və anlaşma içində bulunan bir strateji xətt əsasında fəaliyyətini quracaq. Bundan əlavə olaraq biz blokla eyni mövqeyi bölüşənə siyasi qüvvələrlə birgə əməkdaşlıq etmək və onların hesabına öz sıralarımızı genişləndirməyi hədəfləyirik.”

Partiya sədri onu da əlavə etdi ki, bundan kənarında hakimiyyətlə əməkdaşlıqdan imtina xəttini tutan və bu dəsti xətti dəstəkləyən qüvvələrlə bir olmayacağıq. 

“Çünki Yaxın və Orta Şərqdə baş verən  prosesləri, həm də bu radikal dini cərəyanların akitvləşməsini nəzərə alaraq və bu proseslərin Azərbaycana keçidinin qarşısının alınması, ölkəmizi gözləyən təhlükələrdən uzaq tutmaq və bunu minimuma endirmək siyasi xəttini əsas strateji hədəf kimi  seçdiyimizdən fəaliyyətimiz də bu istiqamətdə olacaq. Kim bu dəsti-xətti dəstəkləyəcəksə onlarla da əməkdaşlıq edəcəyik”, — deyə Əhməd Oruc əlavə etdi.

“Azadlıq – 2015” seçki blokuna daxil olan siyasi partiya sədrlərinin toplantısında siyasi partiyaların yetkili orqanlarında başqa qərar qəbul edilənə qədər KXCP, BAP, VİP, Azadlıq, Aydınlar, ALDP və AXP- nin eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlıqlarını davam etdirmək haqqında razılığa gəliblər.

Teqlər:
Azadlıq-2015 seçki bloqu, Azadlıq-2015, Əhməd Oruc

Əsas mövzular