01:24 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Almaniyada mitinq

Almanlar türkcə mahnı söyləyərək millətçilərə mesaj verdilər

SİYASƏT
Qısa URL
2601

Şəhərin mərkəzi meydanında toplaşan minə yaxın radikal millətçilər, əllərindəki alman bayraqları ilə xaricilər əleyhinə şüarlar səsləndiriblər.

BAKI, 26 okt – Sputnik. Almaniyada müsəlmanlara qarşı düşmən mövqeyi ilə tanınan Hogesa təşkilatı ilə radikal sağçılar Köln şəhərində nümayiş keçiriblər. 

Şəhərin mərkəzi meydanında toplaşan minə yaxın radikal millətçilər, əllərindəki alman bayraqları ilə xaricilər əleyhinə şüarlar səsləndiriblər. 

Radikal millətçi qruplara etirazını bildirmək üçün əraziyə 20 min nəfərə yaxın başqa bir qrup gəlib. Onlar, Almaniyanın demokratik ölkə olduğunu və burada hərkəsin bərabər görüldüyünü bildiriblər. Türkcə mahnılar da səsləndirən qrup qatı millətçilərə insanlıq dərsi veriblər. 

Daha sonra qruplar arasında qarşıdurma yaşanıb. Polis 5 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.

Polisə şüşə və daş atan nümayişçilərin qarşısı gözyaşardıcı qazla alınıb.

Əsas mövzular