16:10 24 Fevral 2018
Canlı yayım
Səsvermə

Hər şeydən əlini üzən xalq şoumeni prezident seçdi

btnet.com.tr
SİYASƏT
Qısa URL
27201

Öncəki prezident Otto Perez korrupsiya şəbəkəsinin rəhbəri olmaqda təqsirli bilinərək həbs olunmuşdu.

BAKI, 26 okt – Sputnik. Latın Amerikası ölkələrindən olan Qvatemalada, xalq keçmiş televiziya şoumenini prezident seçib. Ümumi səslərin 72 %-ni yığan Jimmy Morales rüşvət və korrupsiyanın kökünü qazıyacağına söz verib. 

Öncəki prezident Otto Perez korrupsiya şəbəkəsinin rəhbəri olmaqda təqsirli bilinərək həbs olunmuşdu.  

46 yaşlı yeni prezident Jimmy Morales xalq arasında populyarlığı ilə seçilir. Lakin, analitiklər yeni dövlət başçısının işinin elə də asan olmayacağını, rüşvət mafiyalarını çökərtməyin uzun müddət ala biləcəyini qeyd edirlər.

Protestant xristian olan Morales, abort, eynicinsli nikah və narkotikin qanuni yollardan satışına qarşı çıxır.


Əsas mövzular