SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Merkel qaçqınlar problemini Türkiyə ilə birgə həll etməyə çağırıb

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidФлаги Евросоюза в Берлине
Флаги Евросоюза в Берлине - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Birliyinə üzv ölkǝ liderlǝrinin Brüsseldǝ keçirdiyi yığıncaqda qaçqınların sığındığı dövlətlərdə 100 min nǝfǝrin yaşaya bilǝcǝyi düşǝrgǝlǝr salınmasına qǝrar verilib.

BAKI, 26 okt – Sputnik. Avropa Birliyi ölkələri qaçqınlarla bağlı yaranmış böhrana hǝll yolları axtarmağa davam edir.

Birliyə üzv ölkǝ liderlǝrinin Brüsseldǝ keçirdiyi yığıncaqda qaçqınların sığındığı dövlətlərdə 100 min nǝfǝrin yaşaya bilǝcǝyi düşǝrgǝlǝr salınmasına qǝrar verilib. 

Toplantıdan sonra Avropa Birliyi Komissiyasının sǝdri Jan Klod Yunker, Almaniya kansleri Angela Merkel vǝ BMT-nin Qaçqınlar üzrǝ Ali Komissarı Antonya Gueteras jurnalistlərə açıqlama veriblər.

 “Soyuq hava şǝraiti qaçqınları çǝtin vǝziyyǝtə salıb. Buna görə də Yunanıstan vǝ Balkan ölkǝlǝrindǝ 100 min nǝfǝrin yaşaya bilǝcǝyi düşǝrgǝlǝr salınacaq. Həmçinin sǝrhǝd mǝntǝqǝlǝrindǝ tǝhlükǝsizlik tǝdbirlǝrinin artırılması olduqca vacibdir”, deyə Jan Klod Yunker bildirib.

Öz növbəsində Almaniya kansleri Angela Merkel böhrana daha yaxşı nǝzarǝt edǝ bilmǝk üçün yaxın zamanda ölkǝlǝr arası koordinasiyanın güclǝndirilǝ bilǝcǝyini qeyd edib. 

Merkel Türkiyǝ hökuməti ilǝ birgǝ işlǝmǝyin daşıdığı ǝhǝmiyyǝti vurğulayıb. 

Çətin vəziyyətdən çıxış yolu üçün Avropa ölkǝlǝrinin ǝmǝkdaşlıq etmǝlǝrinin vacibliyini bildirən BMT komissarı Gueteras da, bunun bir seçim yox mǝcburiyyǝt olduğunu qeyd edib. 

Toplantıda qǝbul edilǝn 17 maddǝdǝn ibarǝt bǝyannamǝdǝ dövlətlər arasında mǝlumat paylanması vǝ ǝlaqǝlǝrin güclǝndirilmǝsi qǝrara alınıb. 

Xəbər lenti
0