05:02 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Russische Luftwaffe in Syrien

Beynəlxalq İnsan Haqları təşkilatı Rusiyanı qınadı

© Sputnik / Ministry of Defence of the Russian Federation
SİYASƏT
Qısa URL
701

Xoms şəhərinin şimalındakı Qantu kəndinə hücum zamanı bir sülalədən 32-si uşaq, 12-si qadın, 46-sı dinc sakin olmaqla dünyasını dəyişib.

BAKI, 26 okt – Sputnik. Beynəlxalq İnsan Haqları təşkilatı oktyabrın 15-də Suriyanın Xoms şəhərində 33-ü uşaq olmaqla 59 dinc sakinin ölümündə Rusiyanı təqsirləndirib. 

Təşkilat hadisənin hərbi cinayət olduğunu bildirərək Rusiya hökumətindən bu hücumu gerçəkləşdirənlərə qarşı istintaq başlatmasını istəyib. 

Məlumata görə, Xoms şəhərinin şimalındakı Qantu kəndinə hücum zamanı bir sülalədən 32-si uşaq, 12-si qadın, 46-sı dinc sakin olmaqla dünyasını dəyişib. 

Öldürülən sakinlərin Azad Suriya Ordusunun yerli komandanlığından birinin qohumu olduğu, lakin komandirin hücum zamanı cəbhədə olduğu bildirilib.

"Sadə vətəndaşların gedə biləcəyi yer yoxdur. Ölkənin hər yeri təhlükəlidir. Bir tərəfdən də Rusiya və Əsəd ordusunun amansız hücumları bölgədə insanlıq dramı yaradıb”, deyə İnsan Haqlarını Müşahidə Təşkilatının Yaxın Şərq üzrə direktorunun köməkçisi Nədim Houry qeyd edib.


Əsas mövzular