01:03 26 Fevral 2018
Canlı yayım
Премьер-министр Венгерской Республики Виктор Орбан

Macar baş nazir: Avropa Ərdoğanı sevmir, çünki...

© Sputnik / Alexei Druzhinin
SİYASƏT
Qısa URL
146741

Viktor Orban: Beynəlxalq media, qərb mətbuatı Ərdoğana düşmənçilik bəsləyir. Niyə? Çünki o haqlı olduğu qədər həm də güclüdür.

BAKI, 26 okt – Sputnik. Macarıstanın baş naziri Viktor Orban İspaniyanın məşhur ABC qəzetinə müsahibəsində Ərdoğan barəsində olduqca maraqlı açıqlamalar verib. O, güclü lider hesab etdiyi Rəcəb Tayyib Ərdoğana böyük hörməti olduğunu bildirib.

“Avropada güclü, sözükeçən rəhbərləri sevmirlər, əksinə təhlükəli adlandırırlar. Zəif liderlər isə yaxşı hesab edilir. Beynəlxalq media, qərb mətbuatı Ərdoğana düşmənçilik bəsləyir. Niyə? Çünki o haqlı olduğu qədər həm də güclüdür”

Qaçqın probleminə də münasibət bildirən Macarıstanın baş naziri Türkiyə olmadan, hər hansı həllin qeyri-mümkün olduğunu deyib: 

“Türkiyə, Avropa Birliyinin strateji tərəfdaşıdır. Hazırki böhrana Türkiyəsiz həll tapmaq imkansızdır”

Əsas mövzular