11:53 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Joint Russian-Israeli Commission meeting

Aviqdor Liberman: Azərbaycan demokratiyanın bariz nümunəsidir

© Sputnik / Sergey Subbotin
SİYASƏT
Qısa URL
3101

İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda keçiriləcək parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə əminliyini bildirib.

BAKI, 26 okt — Sputnik. “Azərbaycan demokratiyanın, stabilliyin və uğurlu xarici siyasətin bariz nümunəsidir”. Bu fikirləri Seçki-2015.az saytına açıqlamasında İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İzrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman deyib. O bildirib ki, müəyyən dövlətlər bu uğurlu siyasət xəttini görmək və qəbul etmək istəmirlər.

Onun sözlərinə görə, Azərbaycanda bütün huquqlar təmin olunub: “Ölkənizə qarşı seçki qabağı təzyiq ikili standartlardan irəli gəlir”.

Aviqdor Liberman qeyd edib ki,  İsrail dövləti də daim ikili standartlarla üzləşir və bu baxımdan da Azərbaycanın vəziyyətini yaxşı başa düşür.

“Hazırda bir çox dövlətlər Azərbaycana “başağrısı” yaratmaq niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu xarici siyasət xətti buna imkan verməyəcək. Çox yaxın zamanda Azərbaycana gələcəyik”, — deyə tanınmış siyasətçi vurğulayıb. 

İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda keçiriləcək parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə əminliyini bildirib.

O deyib ki, əhali parlament seçkilərində sərbəst seçimini edəcək və bu seçkilərin nəticəsi Azərbaycanı tənqid edən bəzi qüvvələr üçün yaxşı dərs olacaq. 


Əsas mövzular