05:07 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
Məkkədə faciə (8)
5511

İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin rəhbəri İbrahim İbrahimi Həcc ziyarəti zamanı Minada çoxsaylı insan tələfatına səbəb olan faciə barədə maraqlı açıqlamalar verib.

BAKI, 29 sen — Sputnik. İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin rəhbəri İbrahim İbrahimi Həcc ziyarəti zamanı Minada çoxsaylı insan tələfatına səbəb olan faciə barədə maraqlı açıqlamalar verib.

Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi bildirdi ki, hazırda  faciə nəticəsində ölənlərin sayı 4700 nəfərə çatıb  və bu say getdikcə artacaq: “Bu sayın 6-7 minə çatacağı istisna deyil. Çünki faciə nəticəsində həlak olanlar tam dəqiqləşdirilməyib.”

İbrahimi onu da əlavə etdi ki, Səudiyyə Ərəbistanı hökuməti qəzada  yaralı və ölüləri ayırmayıblar. “Onlar  ölülərlə birlikdə yaralıları və diriləri də buldozerlə yük maşınlarına yığaraq xəstəxanalara  göndəriblər. Bunlar dəqiq faktlardır və bununla bağlı videogörüntülər var. Səudiyyə Ərəbistanı hökuməti özü deyir ki, hələ də 21 maşında olan ölülər araşdırılmayıb. Oradakı hər bir şamında  iki yüzdən artıq cəsəd var ”, — deyə diplomat bildirdi.

İbrahimi daha bir faktı açıqlayaraq bildirib ki, faciədən dərhal sonra  Minada quraşdırılan bütün təhlükəsizlik kameraları yığışdırılıb. 

İranlı diplomat Qərb mətbuatını baş vrən faciəni dünya ictimaiyyətini çatdırmamaqda və gizlətməkdə ittiham etdi.

Baş verən hadisəyə görə Səudiyyə Ərəbistanı hakimiyyətini ittiham edən İbrahimi bildirdi ki, əgər bir ölkə hər hansı bir şəxsə viza verib ölkəsinə girişə icazə verirsə o, ölkə həmən şəxsin sağlamlığına və təhlükəsizliyinə təminat verməlidir. “Bu hadisə də məhz Səudiyyə Ərəbistanı hakimiyyətinin həcc ziyarətini yaxşı təmin etməməsinin nəticəsində baş verib. Əgər bunu etməyi bacarmırsa etməsin, ya da ki, bütün müsəlman ölkələrinin iştirakı ilə zəvvarların təhlükəzisliyi təmin edilsin.”

Mövzu:
Məkkədə faciə (8)

Əsas mövzular