18:58 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
AXCP-nin VI Qurultayı

Əli Kərimli AXCP-nin qurultayında yenidən sədr seçilib

Facebook/Ali Rza
SİYASƏT
Qısa URL
30311

AXCP İdarə Heyətinin üzvü Sahib Kərimli səsvermənin gizli keçirilmədiyini əsas gətirərək, partiya sədrliyinə namizədliyini geri götürüb.

BAKI, 27 sent-Sputnik. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VI qurultayında Əli Kərimli növbəti dəfə sədr seçilib. 

Sputnik APA-ya sitinadən xəbər verir ki, AXCP İdarə Heyətinin üzvü Sahib Kərimli çıxış edərək, namizədliyini geri götürüb. O, sədrin məruzəsini qənaətbəxş hesab etmədiyini deyib: "Çünki biz illərlə mübarizə aparsaq da, hakimiyyətə gələ bilməmişik. Biz AXCP olaraq cəmiyyətə kadr təqdim edə bilmirik. Mənim mübarizəmə kölgə salmaq istədilər. Heç bir xəyanətdən söhbət gedə bilməz. Məni söyənlərə haqqımı halal edirəm. Gizli səsvermə keçirməliyik. Açıq səsvermə qurultay nümayəndələrinin iradəsinə müdaxilədir".
Bundan sonra qurultay nümayəndələri S.Kərimlinin çıxışına etiraz edərək, yerdən replikalar atıblar.
S.Kərimli səsvermənin gizli keçirilmədiyini əsas gətirərək, partiya sədrliyinə namizədliyini geri götürüb. O, növbəti qurultayda partiya sədrliyinə namizəd olacağını deyib.
Əli Kərimlinin başqa alternativi olmayıb və o, yekdilliklə sədr seçilib.

Qeyd edək ki, Əli Kərimli hesabat çıxışı zamanı VI Qurultayda 800-ə yaxın nümayəndənin iştirak etdiyini deyib. O, ölkədəki ictimai-siyasi vəziyyəti, AXCP-də baş verən prosesləri şərh edib. AXCP-nin siyasi mübarizəni davam etdirdiyini, cəbhəçilərin öz əqidələrinə, Rəsulzadə-Elçibəy yoluna sədaqətli olduqlarını qeyd edən Kərimli, V qurultaydan sonra görülən işlərdən danışıb.

Qurultayda Milli Şuranın sədri Cəmil Həsənli, qurumun fəallarından Gültəkin Hacıbəyli, Vidadi Mirkamal və başqaları təbrik nitqi söyləyiblər.
Tədbirə DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu, tanınmış jurnalistlər, Milli Şuranın Koodinasiya Mərkəzinin üzvləri, siyasi-ictimai xadimlər, xarici ölkə səfirliklərinin nümayəndələri qatılıb.

Müsavat və digər partiyalar qurultaya dəvət olunmayıb.

Partiyanın qurultayın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Səttar Bəhlulzadə adına Mədəniyyət Evində yer ayırıb.

Əsas mövzular