21:59 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
593 0 0

Rusiya prezidenti, beynəlxalq cəmiyyəti geosiyasi ambisiyaları və ikili standartları kənara qoymağa çağırıb.

BAKI, 15 sen – Sputnik. İŞİD terror təşkilatı müqəddəs şəhərlər olan Məkkə, Mədinə və Qüdsü təhdid edir. Bunu Rusiya prezidenti Vladimir Putin Tacikistanda keçirilən sammitdə deyib.

Sputnik xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-nin sammitində iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə gələn Putin, toplantı zamanı olduqca önəmli açıqlamalar verib. 

Rusiya prezidenti, beynəlxalq cəmiyyəti geosiyasi ambisiyaları və ikili standartları kənara qoymağa çağırıb.

Putin çıxışı zamanı İŞİD terror təşkilatının Məkkə, Mədinə və Qüdsü təhdid etdiyini vurğulayıb.

"Müxtəlif terror təşkilatlarından öz hədəflərinə çatmaq səylərinə son verilməlidir. Xoşlamadığınız rejimləri dəyişdirmək cəhdləri də bitməlidir. Terrorizmlə mübarizədə beynəlxalq cəmiyyətin gücünü birləşdirməliyik"

Rusiya, 2011-ci ilin martından bugünədək davam edən və 300 min günahsız insanın ölümünə səbəb olan Bəşər Əsəd rejimini dəstəkləməkdə davam edir.

Teqlər:
KTMT, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, İŞİD terror təşkilatı, İŞİD terror qruplaşması, İŞİD, Vladimir Putin, Putin, Tacikistan, Qüds, Mədinə, Məkkə

Əsas mövzular