23:14 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Авиация коалиции арабских стран нанесла авиаудары по резиденции экс-президента Йемена Али Абдаллы Салеха

İraq XİN: ərəb ölkələrində acınacaqlı vəziyyət hökm sürür

© Sputnik / Стрингер
SİYASƏT
Qısa URL
701

Əhməd Camal: Yüz minlərlə insan köç edir, ancaq təəssüf ki, Ərəb Dövlətləri Birliyindəki ölkə və təşkilatlar köçkünlərin probleminǝ biganǝ qalırlar.

BAKI, 14 sen – Sputnik. İraq Xarici İşlər Nazirliyi, ərəb ölkələrində yüz minlərlə insanın köç probleminə biganǝ qalınmasını pislǝyib.

Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal, Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Dövlətləri Birliyi 144-cü Xarici İşlər Nazirləri yığıncağından sonra mühacir böhranına toxunub.

“Ərəb ölkələrindǝ insani baxımdan acınacaqlı vǝziyyǝt hökm sürür. Yüz minlərlə insan köç edir. Təəssüf ki, Ərəb Birliyindəki ölkə və təşkilatlar köçkünlərin probleminǝ biganǝ qalırlar”

Ərəb Dövlətləri Birliyinin bir çox mövzu ilǝ bağlı lazımlı addımları ata bilmǝdiyini, bu sǝbǝbdǝn Birlik tǝrkibindǝ islahat aparılmasını tǝklif edǝcǝklǝrini ifadǝ edǝn Camal, Xarici İşlər Naziri İbrahim əl-Cəfərinin xalqın fikirlǝrinǝ üstünlük verdiyini qeyd edib. 

Ərəb Dövlətləri Birliyi 144-cü Xarici İşlər Nazirləri toplantısında, Fələstin məsələsi, yəhudi yaşayış mǝskǝnlǝrinin inşa edilmǝsi, İsrailin ərəb ölkələrinin su qaynaqlarını ələ keçirməsi, işğal altında olan torpaqlardakı sosial vəziyyət və İsrailin iqtisadi cǝhǝtdǝn boykot edilməsi məsələləri də müzakirə edilib.

Əsas mövzular