22:12 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
663263

Mixail Şkodrin: Əsas prioritet hədəf Türkiyədə kürd-türk qarşıdurması yaradaraq vətəndaş müharibəsi başlatmaqdır.

BAKI, 10 sen – Sputnik. SSRİ DTK-nın keçmiş agenti Mixail Şkodrin Türkiyənin Takvim qəzetinə PKK ilə bağlı olduqca önəmli açıqlamalar verib. 

Sovetlər dövründə bir neçə dəfə İstanbula gəldiyini deyən keçmiş agent Mixail Şkodrin, Türkiyədə vətəndaş müharibəsi başlatmaq istəyən beynəlxalq təşkilatlar olduğunu və bunun üçün milyonlarla dollar pul xərcləndiyini deyib. 

Xüsusilə son dövrlərdə artan terror hücumları ərəfəsində, PKK-ya yaxınlığı ilə bilinən HDP partiyasının vətəndaş müharibəsi üçün zəmin hazırladığını bildirib.  

Mixail Şkodrin qəzetə daha sonra bunları deyib: 

"Sürətlə böyüyən və inkişaf edən bir Türkiyə var. Bu şübhəsiz belədir. Gedərək Avropa, Balkanlar və xüsusilə də Yaxın Şərqdə, hətta Afrikada güclənirsiniz. Bax bunu gözü götürməyənlər var. Güclü Türkiyə və güclü lider İsraili və Avropanı ciddi narahat edir”.

Bir çox ölkənin agentlərinin Türkiyədə olduğunu və böyük miqdarda pullar paylayaraq xalqı üsyana qaldırmaq istədiyini deyən Şkodrin, bunun səbəbini belə izah edib:

“Məqsəd siyasi və iqtisadi qeyri-sabitlik yaratmaqdır. Əsas prioritet hədəf Türkiyədə kürd-türk qarşıdurması yaradaraq vətəndaş müharibəsi başlatmaqdır. Onların hazırda ən böyük istəkləri ölkənin cənub şərqində başlayan xaosu iri şəhərlərə, İstanbula, İzmirə və Adanaya yaymaqdır. Hökumət vaxtında doğru addımlar atsa bunun qarşısını ala biləcək”.

Teqlər:
SSRİ DTK-nın keçmiş agenti, keçmiş agent, Türkiyədə vətəndaş müharibəsi, SSRİ DTK, PKK terror təşkilatı, PKK, HDP, Mixail Şkodrin

Əsas mövzular