13:45 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
9020

Hüseyin Gülərcə: Qərbin hər göstərişinə əməl edən, əmrlərə tabe olan bir Türkiyə arzulayırlar. Ona görə Ərdoğanı sevmirlər. Gəzi parkı hadisələri əbəs yerə təşkil edilməmişdi. Məqsəd Ərdoğanı devirmək və yerinə onlara qul olan birini gətirmək idi.

BAKI, 9 sen – Sputnik. “Bu gün, PKK ilə mübarizədən savayı, başqa bir savaş var. Millətimizin içdəki və xaricdəki bütün rəqibləri bu savaşda iştirak edir. Əsl millət düşmənləri (PKK) qəsdən pərdələnir və cəmiyyətin 60%-i Ərdoğan düşmənçiliyinə yönləndirilir”. Bu barədə Türkiyənin Star qəzetinin yazarı Hüseyin Gülərcə bugünki köşə yazısında yazıb.

Hüseyin Gülərcə, ABŞ, İsrail, İngiltərə, Almaniya və İran başda olmaqla bir çox ölkələrin Türkiyənin öz dəyərləri üzərində ayağa qalxmasını və güclü dövlətə çevrilməsini istəmədiklərini yazıb. 

Fətullah Gülən və Doğan şirkətlər qrupuna aid media və qəzetlərin ölkə prezidentinə qarşı açıq aşkar müharibə elan etdiyini deyən Hüseyin Gülərcə, Fətullah Gülən mediasının Ərdoğan düşmənçiliyi yaymaqda xüsusilə canfəşanlıq göstərdiyini yazıb. 

“Özlərini illərdir dünyaya dindar və mərhəmətli göstərən Fətullah Gülən şəbəkəsi (Samanyolu tv, Bugün tv, Kanaltürk tv, Beyaz tv, Zaman qəzeti və s.) artıq öz iç üzlərini çoxdan açıblar. Onların əsas məqsədi Ərdoğanı aradan götürməkdir, Türkiyə batsa da olar. Bu gözü dönmüşlər Ərdoğanın vəzifədən getməsi üçün şeytanla da ittifaqa girərlər”, deyə Hüseyin Gülərcə məqaləsində qeyd edib. 

Yazar məqaləsinin davamında bunları əlavə edib: “Türkiyənin qol-qanadını qırmaq istəyirlər. Qərbin hər göstərişinə əməl edən, əmirlərə tabe olan bir Türkiyə arzulayırlar. Ona görə Ərdoğanı sevmirlər. Gəzi parkı hadisələri əbəs yerə təşkil edilməmişdi. Məqsəd Ərdoğanı devirmək və yerinə onlara qul olan birini gətirmək idi. Amma türk xalqı buna imkan vermədi və verməyəcək də. Misirdə bunu bacardılar, Mursini devirib yerinə kölə Sisini gətirdilər. Amma eyni ssenari Türkiyədə uğursuzluqla nəticələndi”.

Teqlər:
PKK terror təşkilatı, PKK, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan, Hüseyin Gülərcə, Türkiyə

Əsas mövzular