13:22 25 Fevral 2018
Canlı yayım
Fazil Mustafa

Azərbaycan İqdırla bağlı məsələdə qüvvələrini səfərbər etməlidir

© Foto: APA
SİYASƏT
Qısa URL
85421

Fazil Mustafa: 1 noyabr seçkilərində İqdırda Türkiyənin maraqlarını təmin edən qüvvələrin qələbə çalmasına nail olmalıyıq.

İqdırda Türkiyənin maraqlarını təmin edən qüvvənin qələbəsinə nail olmalıyıq

BAKI, 8 sen — Sputnik. Türkiyənin  Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhədində PKK-nın terror hadisəsi törətməsi  bizim üçün bir siqnaldır.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bilindiyi kimi İqdırda həm bələdiyyə başqanı, həm də parlamentə millət vəkili HDP-nin təmsilşisidir. Hətta azərbaycanlı kimi təqdim olunan biri HDP-dən millət vəkili seçilib. Ona görə də vəziyyət kifayət qədər ciddidir. O baxımdan Azərbaycan İqdırla bağlı məsələdə qüvvələrini səfərbər etməlidir. Çünki Türkiyə ilə sərhəddə hər hansı terror hadisələrinin baş verməsi Azərbaycan üçün xoşagəlməz hadisədir”, — deyə millət vəkili vurğulayıb.

Millt vəklili hesab edir ki, bu məsələdə Azərbaycanla Türkiyə  koordinasiya olunmuş formada hərəkət etməlidir. “Lazım olanda terrorçuların zərərsizləşdirilməsində Azərbaycan Türkiyəyə real dəstəyi verməlidir. Bundan əlavə olaraq biz 1 noyabr seçkilərində İqdırda Türkiyənin maraqlarını təmin edən qüvvələrin qələbə çalmasına nail olmalıyıq. Bunun üçün bizm yetərincə potensialımız və imkanımız var. Ona görə ki, İqdırda  kifayər qədər azərbaycanlı yaşayır və onların Azərbaycan cəmiyyəti ilə əlaqələri  genişdir. Biz bu imkandan istifadə edib seçkilərdə kimliyindən və partiyalılığından asılı olmayaraq  Türkiyənin maraqlarını təmin edəcək şəxsin və qüvvənin qalib gəlməsi üçün çağırış etməliyik.  Əgər  Türkiyə maraqlarını təmin edəcək şəxs qalib gələrsə, o zaman terrorçulara qarşı mübarizəyə də  təsiri ola bilər.”

 

Əsas mövzular