07:23 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
7701

Almatı şəhərinin ixtisaslaşdırılmış rayonlararası məhkəməsinin qərarı ilə Kommunist partiyasının fəaliyyətinin dayandırılması barədə qərar verilib.

BAKI, 7 sent — Sputnik. Ukraynanın ardınca Qazaxıstanda da Kommunist Partiyasının fəaliyyəti qadağan edildi. 

Sputnik Tengrinews-a istinadən xəbər verir ki, Almatı şəhərinin ixtisaslaşdırılmış rayonlararası məhkəməsinin qərarı ilə Kommunist partiyasının fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Qazaxstanın Ədliyyə nazirlyi məhkəməyə  Kommunist Partiyasının ləğv olunması barədə müraciət edib. Məhkəmə nazirliyin müraciəti əsasında yoxlama aparıb və partiyanın fəaliyyətində ciddi qanun pozuntusun aşkar edib və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb. 

Kommunist Partiyası 1998-ci ilin 27 avqustunda qeydiyyatdan, 2003-cü ildə isə təkrar qeydiyyatdan keçib.

2004-cü ildə isə kommunistlər iki yerə parçalanıb və ondan ayrılanlar Qazaxstan Xalq Kommunist partiyasını yaradıblar.

Teqlər:
Ədliyyə nazirlyi, Tengrinews, Kommunist partiyası, kommunist, Almatı, Ukrayna, Qazaxıstan, Kommunist Partiyasının fəaliyyəti qadağan edildi, Ukrayna, Qazaxıstan

Əsas mövzular