08:57 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
9421

Qulu Məhərrəmli: AXCP-nin nüvəsi Əli Kərimlinin yanındadır. Razi Nurullayevin uğur qazanacağına inanmıram.

BAKI, 2 sent — Sputnik. "Mən Razi Nurullayevin mətbuata verdiyi bəyanatları izləyirəm və hesab edirəm ki, o qeyri-ciddi adamdır. Çünki partiyadan ayrılarkən verdiyi bəyanatlarla sonraki çıxışları bir birilə düz gəlmir".

Bunu Sputnik-ə açıqlamasında siyasi şərhçi, BDU-nun professoru Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, bundan öncə də AXCP-dən qopmalar, ayrılmalar olsa da sonradan onların heç biri uğur qazanmayıb: "Razi Nurullayev də belə olacaq. Çünki AXCP-nin nüvəsi Əli Kərimlinin yanındadır. Aydın məsələdir ki, Qüdrət Həsənquliyevlə müqayisədə R.Nurullayevin heç bir xarizması yoxdur. Əsas məsələ Əli Kərimlini devirməkdir ki, R. Nurullayev və tərəfdarlarının bunu bacaracaqlarına, partiyanın əsas gücünü öz ətrafında birləşdirəcəyinə inanmıram"

Professor Qulu Məhərrəmli qarşıdan gələn parlament seçkilərində 125-lər siyasi klubunun şansını da dəyərləndirib.

"Həmin klubda tanıdığım, hörmət etdiyim insanlar var. Onlar cəmiyyətdə xeyli tanınırlar. Onların taktikaları da doğrudur. İstəyirlər ki, parlamentdə əsl ziyalılar, hüquqşünaslar, iqtisadçılar olsun. Çünki cəmiyyət ancaq belə dirçələ bilər. Lakin təəssüf ki, bizim cəmiyyət passivdir, öz səsini müdafiə edə biləcək qüvvəsi yox dərəcəsindədir. Ola bilər ki, parlamentdə 2-3 yer qazanmaq mümkün olsun, ancaq bu vəziyyətdə böyük uğur qazanacaqlarına ümidim yoxdur" deyə Q.Məhərrəmli əlavə edib.

Əlaqədar

Qulu Məhərrəmli: Suriyaya müdaxilə üçün İranın razılığı olmalıdır
Teqlər:
AXCP, professor Qulu Məhərrəmli, Razi Nurullayev, Qulu Məhərrəmli, Azərbaycan

Əsas mövzular