14:36 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
SİYASƏT

BMT: Sudandakı vətəndaş müharibəsində İsrailin əli olub

SİYASƏT
Qısa URL
7 0 0

BMT komissiyası: Vətəndaş müharibəsində istifadə olunan silahlar İsrail istehsalıdır.

BAKI, 27 avq – Sputnik. İyirmi aydan çoxdur ki davam edən Cənubi Sudandakı vətəndaş müharibəsini araşdıran BMT Təhlükəsizlik şurasının xüsusi komissiyası hazırladığı raportu təşkilata təqdim edib. “Vətəndaş müharibəsində istifadə olunan silahlar İsrail istehsalıdır”, deyə raportda qeyd olunub. 

Sübut üçün təqdimatda fotoşəkillərə də yer verilib. 

Hazırda həmin silahların hansı yolla Sudana gətirildiyi araşdırılır. 

Bəzi analitiklər, sözügedən silahların bilavasitə İsrail hökuməti tərəfindən gizli yollarla bölgəyə göndərildiyini iddia edib. Onlara görə, Təl-Əviv hökuməti bölgədə istiqrarsızlığın olmasını öz təhlükəsizliyi üçün vacib hesab edir.

Cənubi Sudanda 20 aya yaxındır ki davam edən vətəndaş müharibəsi avqustun 17-də sonlanmışdı. Yekun sülh sazişinin dünən imzalandığı bildirilir.

Teqlər:
Vətəndaş müharibəsi, BMT Təhlükəsizlik şurası, BMT, İsrail, Sudan

Əsas mövzular