08:51 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
2911

Razi Nurullayev: Əli Kərimlinin diktaturasından bezən üzvlər yaxın günlərdə daha böyük axınla bizim tərəfimizə keçəcəklər.

BAKI, 24 avq-Sputnik. AXCP-nin Sumqayıt şəhər təşkilatının bir qrup üzvü partiyadan istefa verib. İstefa verənlər partiya sədrinin sabiq müavini Razi Nurullayevin formalaşdırdığı AXCP-yə qoşulduqları barədə bəyanat yayıblar.

Sputnik-ə daxil olan bəyanatda Əli Kərimlinin apardığı "diktator siyasəti" pislənilib. Bəyanatı Şakir Məmmədov, Məmmədyar Məmmədov, Bəhrəm Qasımov, İmran Muradxanov, Mübariz Ağaməmmədov, Əvəz Məmmədov, Allahverdi Zeynalov, Rövşən Muradov və Elşən Muradov imzalayıblar.

Bu arada Razi Nurullayev Əli Kərimlinin partiyasından onun təmsil olunduğu qanada çoxlu sayda adamın keçəcəyini iddia edib. “Biz avqustun 19-da əsl AXCP-ni bərpa edəcəyimizi elan etdikdən sonra hər gün bizə qoşulanlar olur və bu proses davam edir. Bizə gələn mesajlar da ondan ibarətdir ki, Əli Kərimlinin diktaturasından bezən üzvlər yaxın günlərdə daha böyük axınla bizim tərəfimizə keçəcəklər” — deyə AXCP sədrinin sabiq müavini Trend-ə bildirib. 

R.Nurullayev deyib ki, artıq üzvlər həqiqəti görür: “Biz AXCP-də olan insanların gözünü açmaq istəyirik, həqiqətləri onlara söyləyirik. Onlar da artıq faktları görməyə başlayıblar. Ə.Kərimli AXCP-ni əvvəlki kimi idarə edə bilmir, partiya üzvləri onun göstərişlərini artıq yerinə yetirmirlər”.

R.Nurullayevin sözlərinə görə, Ə.Kərimli partiya üzvlərinə hədə-qorxu gəlir: “O, partiya üzvlərinə göstəriş verir ki, hər kəs bizi təhqir etsin, bizim haqqımızda nəsə yazsın. Ə.Kərimli üzvlərə hədə-qorxu gəlir ki, kim onun göstərişinə əməl etməsə, cəzalandırılacaq”.

Sabiq müavin qeyd edib ki, Ə.Kərimli repressiya metodlarından istifadə edir, partiya üzvlərinə qarşı mənəvi terrorla məşğuldur: “Sentyabr ayının sonlarında biz qurultay keçirməyi planlaşdırırıq və ondan sonra hüquqi təmsilçiliklə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Biz əminik ki, Ədliyyə Nazirliyi də bu hüququ bizə verəcək və Azərbaycanda Ə.Kərimli dönəmi bitəcək”.

Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıb. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədirliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Teqlər:
Razi Nurullayev və Əli Kərimli, AXCP, Əli Kərimli, Razi Nurullayev

Əsas mövzular