00:06 24 Sentyabr 2017
Canlı yayım
Mahmud Abbas

Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının rəhbərliyindən istefa verib

SİYASƏT
Qısa URL
2501

Məlumata görə, Mahmud Abbasdan başqa daha 9 yüksək vəzifəli məmur istefa qərarı verib.

BAKI, 23 avq — Sputnik. Fələstin prezidenti Fələstin Azadlıq Təşkilatının sədri vəzifəsindən istefa verib.

Bu barədə Al Arabia telekanalı məlumat yayıb.

Məlumata görə, Mahmud Abbasdan başqa daha 9 yüksək vəzifəli məmur istefa qərarı verib.

Fələstin lideri istefa qərarını hökumətin iclası zamanı çıxışında elan edib.

Bu arada İsrailin baş naziri Binyamin Netanyahu və  Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub. Məlumata görə, bu iki lider arasında son iki ildə ilk telefon danışığıdır. Binyamin Netanyahunun ofisinin yaydığı məlumata görə, İsrailin baş naziri Mahmud Abbasla telefon danışığı zamanı “İsrail vətəndaşlarının sülh istədiyini” və “İsrailin regionda sabitliyə nail olmaq üçün səylərini davam etdirəcəyini” bildirib. Fələstin lideri, öz növbəsində, ilin sonunadək sülh sazişinin əldə olunmasının vacibliyini qeyd edib. 

Teqlər:
iki lider, istefa qərarı, hökumətin iclası, çıxış, yüksək vəzifəli məmur, sülh, telefon danışığı, istefa, Telefon danışığı, İstefa, Al Arabia telekanalı, FAT, Fələstin Azadlıq Təşkilatı, Fələstin Azadlıq Təşkilatının sədri, İsrailin baş naziri, Fələstin prezidenti, Binyamin Netahyahu, Mahmud Abbas, İsrail, Fələstin

Əsas mövzular