21:54 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
9921

Türkiyə prezidenti: Terrorda israr edənlərə layiq olduqları cəza verilir və bu davam edəcək.

BAKI, 20 avq – Sputnik. Terrorda israr edənlərə layiq olduqları cəza verilir və bu davam edəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Sarayında, fərqli şəhərlərdən gələn bələdiyyə sədrləri ilə görüşündə deyib.

Ərdoğan, separatçı terror təşkilatı PKK üzvlərinin ya silahı, ya da ölkəni tərk edəcəkləini söyləyib. Son həftələrdə daha da artan terrora işarə edən prezident qeyd edib: “Bu ölkədə türk, kürd, laz, çərkəz ayrı-seçkilikləri ortadan qaldırılıb. Buna baxmayaraq, hələ də bu ölkədə, gənc əsgərlərin öldürülməsinin, şəhid edilməsinin səbəbi nədir? Bunlar ölkəmizi bölmək istəyir. Terrorda israr edənlərə layiq olduqları cəza verilir və bu davam edəcək”.

Rəcəb Tayyib Ərdoğan “Bu gün törǝdilǝn hadisələrdə həyatlarını itirən vətəndaşlarımız həmin bölgənin öz insanları deyilmi? Terroristlər xəstə daşıyan təcili tibbi yardım maşınına, yük avtomobillərinə, məktəblərə, xəstəxanalara hücum edərkən zərərçəkənlər bölgədə yaşayanlar olur”, deyə əlavə edib. 

Teqlər:
Ərdoğan Prezident Sarayında, PKK terror təşkilatı, PKK, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan, Türkiyə

Əsas mövzular