04:03 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Razi Nurullayev

Razi Nurullayev yeni AXCP elan edib

Sputnik.az
SİYASƏT
Qısa URL
6311

O, AXCP üzvlərini Əli Kərimlidən ayrılaraq onun yaratdığı quruma qoşulmağa çağırıb.

BAKI, 19 avq – Sputnik. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev eyni adla partiya yaratdığını elan edib. 

Sputnik xəbər verir ki, Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında AXCP-nin hazırkı sədri Əli Kərimlinin apardığı siyasətə qarşı çıxdığını və onun partiyanı avtoritar üsullarla idarə etdiyini vurğulayıb. "Əli  Kərimli xarici qüvvələrin əlində oyuncağa çevrilib və milli maraqları satır. Buna görə də biz AXCP rəhbərliyinə iddialıyıq. Partiyanın möhürünü və sədrliyi Əli Kərimlidən alacağıq. Əsl AXCP bizik. Bütün cəbhəçiləri hazırkı AXCP-dən uzaqlaşmağa və bizim ətrafımızda birləşməyə çağırıram” — deyə Nurullayev əlavə edib. 

Partiyanın təşkilat komitəsinin sabiq sədri Rafiq Daşdəmirli də Razi Nurullayevin fikirlərini dəstəkləyərək, Əli Kərimliyə qarşı çıxıb.

Teqlər:
AXCP sədrinin sabiq müavini, AXCP, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Razi Nurullayev, Azərbaycan

Əsas mövzular