17:03 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
2111

Qulu Məhərrəmli: Mən düşünürəm ki, həmişə olduğu kimi yenə də heç nə dəyişməyəcək. Hakim partiya milli məclisdə daha çox kreslo qazanacaq.

BAKI, 17 avq – Sputnik. “Qarşıdakı parlament seçkilərində yenilik olacağını düşünmürəm. Hesab edirəm ki, YAP-ın namizədləri həmişə olduğu kimi milli məclisdə yenə çoxluq əldə edəcəklər”. BDU-nun professoru, siyasi şərhçi Qulu Məhərrəmli bu fikirdədir. 

 “Seçkilər gələndə cəmiyyətin arzuları da çoxalır. Hərkəs nə isə yenilik gözləyir və buna ümid edir. Bir çox siyasi partiya üzvləri deputat olmağa həvəslənirlər. Lakin mən düşünürəm ki, həmişə olduğu kimi yenə də heç nə dəyişməyəcək. Hakim partiya milli məclisdə daha çox kreslo qazanacaq”, deyə Qulu Məhərrəmli əlavə edib.

Politoloq, seçkilərə az müddət qalmasına baxmayaraq, televiziyaların sükunət içərisində olduğunu və seçki havasını ancaq bir rakursdan işıqlandırdığını deyib. Bunun normal bir şey olmadığını söyləyən Qulu Məhərrəmli, cəmiyyətin özündə də seçki ab-havasının zəif olduğunu bildirib.

Müsavat və AXCP-nin seçkiləri boykot edəcəkləri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən siyasi şərhçi, boykot siyasətinin heç vaxt yaxşı effekt vermədiyini deyib. 

Teqlər:
siyasi şərhçi, BDU-nun professoru, AXCP, Müsavat, Qulu Məhərrəmli, Azərbaycan

Əsas mövzular